Maddi problemlər, erkən yaşda evliliklər, xəyanət və s. Bunlar ən çox eşidilən boşanma səbəblərindən sadəcə bir neçəsidir. Türkiyəli psixoloq Çise Doğanlaroğlu evli cütlükləri boşanmaya sürükləyən 11 səbəbi açıqlayıb:
1) Maddi problemlər. Kişi və qadının birlikdə öhdəsindən gələ bilmədiyi maddi problemlər vaxt keçdikcə sevgi və hörmətin yox olmasına səbəb olur. Ödəməkdə çətinlik çəkilən borclar kimi, həddindən artıq israfçılıq da boşanma ilə nəticələnir.
2) Xəyanət. Ər-arvaddan birinin digərinə xəyanət etməsi, kompensasiyası mümkün olmayan bir səhv kimi münasibətləri korlayır və boşanmanın zəminini hazırlayır.
3) Yalan. Yalan söyləmək münasibətlərin kökünü sarsıdır. Artıq kişi və arvad bir-birilərinə etibarsız yanaşırlar. Dürüst və açıq sözlü olmaq, qısa müddətə problemlərə səbəb olsa da yalan danışmağın geriyə dönüşü olduqca çətindir.
4) Cinsi zəiflik. Ər-arvaddan birinin digərinə cinsi diqqətsizliyi, yoldaşının cinsi ehtiyaclarını qarşılaya bilməməsi, lazımlı müalicəni rədd etməsi evliliyi boşanmaya qədər apara bilir.
5) Sonsuzluq. Uşaq sahibi olmaq evliliyin ön şərtidir. Uzun illər ötsə də uşaq sahibi ola bilməmək evliliyi bitirir.
6) Şəxsiyyət formalaşmadan, gənc yaşda edilən evliliklər, illət keçdikcə peşmançılıq yarada bilir.
7) Şiddət. Fiziki və mənəvi şiddət, evliliyin bitməsi üçün kafi səbəblərdəndir. Şiddətə məruz qalan fərdin yaxınları bu evliliyin sonlandırılması üçün lazımlı dəstəyi verməlidirlər.
8) Sıx iş tempi səbəbi ilə bir-birlərinə zaman ayıra bilməyən cütlüklər də boşanmanı çıxış yolu kimi görürlər.
9) Fərqli sosial mühitlərdə böyüyən 2 insan çox vaxt evliliklərini uzun müddət davam etdirə bilmirlər.
10) Ər-arvaddan birinin məsuliyyətsiz, özbaşına, eqoist hərəkətləri (uşaqların məktəb məsuliyyətinin tək bir nəfərə yüklənməsi, evdə iş bölgüsünün olmaması və s.) boşanmalara səbəb olur.
11) Ruhi problemlər. Spirtli içkiyə düşkünlük, əqli xəstəliklər ayrılıqlarla nəticələnir.