kisi

Evli kişilər niyə daha tez kökəlir? – ARAŞDIRMA

Baxış sayı: 1. 509

Fransalı alimlər evli kişilərin piylənmədən daha çox əziyyət çəkməsinin səbəblərini araşdırıb.

“Gencaile.az”-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu, ilk növbədə insanın həyat tərzini qəflətən kəskin şəkildə dəyişməsilə əlaqədardır.

Araşdırma göstərib ki, evli kişi subaylarla müqayisədə piylənmədən düz 3 dəfə artıq əziyyət çəkir.

Ərli qadınlar isə subaylardan fərqli olaraq, artıq çəki problemilə 2 dəfə çox üzləşir.

Yaşı 20-70 arasında olan 17 mindən artıq insan arasında aparılan araşdırma göstərib ki, evli kişilər fitneslə, sekslə daha az məşğul olur, pis qidalanır, amma həyatlarının rahat keçdiyini düşünür. Belə insanlar stresdən də daha az əziyyət çəkir və bu da öz növbəsində kökəlməyə aparır




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir