kishi

Evlilik həyatı kişiləri niyə kökəldir?

Baxış sayı: 1. 828
Evlilikdən sonra kişilərin qidalanma tərzi ilə yanaşı çəkisi də dəyişir. Aparılmış araşdırmalar bunu deməyə əsas verir.
Lids universitetinin alimləri evli kişilərin subaylardan daha kök olduğunu aşkar ediblər. Güclü cinsin ailəli nümayəndələri şirniyyata və spirtli içkilərə daha çox meyilli olurlar. Bundan başqa, evli kişilər subaylarla müqayisədə daha çox meyvə və çörək yeyirlər.
Alimlər evli kişilərin boşanmış kişilərlə müqayisəsini də aparıblar. Məlum olub ki, nikahda olanlar boşanmış kişilərlə müqayisədə daha çox yoqurt yeyirlər. Evli qadınlar isə dul qadınlara nisbətən daha çox şokolad qəbul edirlər.
Evlilik kişilərin qonaqlıq və fast-fud yemək vərdişlərini də azaldır. Onlar yağlı kabab və hamburgerdənsə evdə bişirilmiş xörəklərə önəm verirlər.
Evliliyin kişilərə niyə belə təsir göstərdiyini alimlər onların evlilikdən sonra özlərini rahat hiss etməsi, digər bir nəzəriyyəyə görə isə, həyat yoldaşlarının dadlı yemək bişirməsi ilə bağlayırlar. (tabloid.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir