cetir

Evlilik marketi açıldı – Burdan özünüzə ər, yaxud da arvad tapa bilərsiniz

Baxış sayı: 1. 333

Hər nə qədər qeyri-adi səslənsə də, artıq evlilik marketi də var.  “Gencaile.az” saytının Türkiyə mediasına istinadən xəbərinə görə, evlilik marketi adlanan qeyri-adi park Çinin Şanxay ərazisində fəaliyyət göstərir.

İş saatının gərgin olması səbəbindən burada insanlar daha gec ailə qurur, həyat yoldaşı tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən yaranan parka baş çəkən insanlar ya özləri, ya da ki övladları üçün həyat yoldaşı axtarır.

Belə ki, namizəd olmaq istəyən hər kəs özü, maaşı haqda qısaca informasiya yayaraq ağaclardan asır, müxtəlif yerlərə yapışdırırlar.

Şərtlərə uyğun gələn şəxslər isə qeyd olunan nömrələrlə əlaqə saxlayır. Bu addımı təqdir edənlərlə yanaşı, tənqid edənlər də az olmayıb. Bəziləri bunun utancverici bir addım olduğunu söyləyir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir