Psixoloqlar evlilik üçün təkcə sevginin olmasını kifayət saymırlar. Öncə bir-birinizə psixoloji baxımdan uyğun gəlib-gəlmədiyinizi müəyyənləşdirməlisiniz. Psixoloji uyğunluq bir neçə əsas parametrlə ölçülür. Uyğunluğun ilk göstəricisi biolojidir. Doğulduqdan hamımız fərqli temperamentə sahib oluruq. Bu keyfiyyət insana göz və ya saç rəngi kimi ömürlük verilir, yəni onu dəyişmək qeyri-mümkündür. Əlbəttə, müxtəlif növ temperamentin ahəngi nigahın birləşməsinə böyük təsir göstərir. “Gencaile.az” saytının “Evlisən” rubrikasında məhz bu haqda danışacağıq.
Mərhəmətli və fədakar melanxoliklər
Həssas və emosional baxımdan tez təsirlənən insanlar, adətən daxili aləmlərinin hisslərinə qapılıb yaşayırlar. Buna görə onlar üçün psixoloji və fiziki yükü daşımaq çətin olur. Melanxoliklər mərhəmətli və fədakar altruistlərdir. Ailədə isə onlar vəfalı, qayğıkeş ər və ya arvad olurlar. Onlar üçün maddi imkansızlıq böyük önəm kəsb etmədiyindən bu temperamenti çoxları bəyənmir.
Sakit və astagəl fleqmatiklər
Bunlar sakit, ağılla hərəkət edən, hər işi yavaş, amma əsaslı görən insanlardır. Onların danışığı da astadır, sanki hər şeyi ölçüb-biçirlər. Əgər qarşınızdakı verdiyiniz suala uzun fasilədən sonra cavab verirsə, deməli o, fleqmatikdir. Bu insan ilk növbədə rahatlıq, sakitlik, səliqə-sahmana dəyər verir. Bəli, onlar astagəldirlər, amma etibarlıdırlar. Belə insandan heç zaman spontan, gözlənilməz hiddət görə bilməzsiniz. Əks tərəfdən bütün əngəllər fleqmatiklə daha sakit və asan keçəcək. Bu insanlarda hər zaman arxalanacağınız çiyin tapacaqsınız. Amma bəzilərinə bu həyat çox darıxdırıcı gəlir.
İnadkar və iradəli xoleriklər
Bu insanlar enerjili və iradəlidirlər. Onlar üçün həyat bir mübarizədir. Hər hansı məqsədlərinə çatmaq üçün güclərini toplayıb qarşılarındakı bütün əngəlləri aradan qaldırırlar. Onların inadkarlığı ətrafdakıları təəccübləndirir. Amma xoleriklər istəklərinə çatandan sonra uzun müddət sevinmir və dincəlmirlər, birbaşa enerjilərini başqa bir şeyə yönəldirlər. Bu zaman onunla sizin arzu və məqsədlərinizin uyğun gəlməsi önəmlidir.
Şən və mehriban sanqviniklər
Onlar şən və mehriban, səs-küylü qonaqlıqları sevən insanlardır. Özünə və hisslərə qapılma onlar üçün yad xüsusiyyətdir. Amma özlərini böyük məclisin gözü kimi hiss etmək məhz onlarlıqdır. Belə insanların həmişə çoxlu dostu və tanışı olur. İnsanları onların şən olması, istənilən pessimist insanı dəstəkləyən, ruhdan düşməyən yüksək xarakteri cəlb edir. Onlar da xoleriklər kimi, bütün güclərini məqsədlərinə çatmağa sərf edirlər, amma ilk uğursuzluğa qədər. Çətinliklə mübarizədə sanqvinik hərəkət istiqamətini dəyişməyə üstünlük verir.
Sevgidə psixoloji uyğunluq
“Sanqvinik-sanqvinik” və”xolerik-xolerik” uyğunluğu psixoloqlar tərəfindən pis proqnoz edilir. Bu halda hər iki tərəf evdə ağa olduğunu sübut etməyə çalışacaq. Birinci lik və istədiyi kimi davranma hüququ uğrunda mübarizə ailə münasibəti üçün dağıdıcı xarakter daşıyır. Həyati hadisələrə münasibət tezliyinin müxtəlifliyi “sanqvinik-fleqmatik” cütlüyünə çətinliklər yaradacaq. Amma əgər tərəflər dözümlü olub bir-birindən mümkünsüz şeylər tələb etməsələr, münasibətləri alınar. Temperament anadangəlmə xarakter olduğuna görə onu dəyişmək qeyri-mümkündür, boşuna vaxt itirməyin. Amma çoxları, xüsusilə cavan cütlüklər ilk günlərdən qarşılarına sevdiyi insanın xarakterini dəyişmək məqsədini qoyurlar. Bu halda melanxoliklər üçün daha rahatdır. Onlar istənilən temperamentə uyğunlaşa bilirlər. Amma xoleriklə bir az çətin olacaq. Bu halda anadangəlmə altruist (başqalarının qayğısına qalan) xüsusiyyət ona nigahı qoruyub-saxlamağa kömək edəcək. İki insanın uyğunlaşmasında “tamamlama prinsipi” də böyük önəm kəsb edir. Bu zaman ən önəmlisi – ailənin hər bir üzvünün digərinin psixoloji ehtiyacını nə dərəcədə ödəməsidir.
İstiqamət nöqtəsi
İki insanın uyğunlaşmasına təsir göstərən daha bir önəmli məsələ şəxsiyyətə ümumi meyldir. Bu üç tipdə olur: özünə, başqalarına və işə meyl. Özünə istiqamətlənən adam bütün enerjisini şəxsi istəklərinin həyata keçməsinə sərf edir. Ətrafdakı bütün insanlar isə bunun üçün bir vasitədir. Bu insanlar əsl manipulyatorlardır. Başqalarına istiqamətlənən insan onlar üçün nə isə etməkdən böyük məmnunluq duyur. Belə insanlar ünsiyyətdə olduqları adamın vəziyyətinə görə davranışlarını asanlıqla dəyişir, başqasının dərdinə, eləcə də sevincinə şərik ola bilirlər.
Təqdim etdi: UĞUR