Bütün kişilər və qadınlar öz talelərini bir-biri ilə bağlayarkən yalnız xoşbəxtliyə ümid edir. Lakin kim qabaqcadan deyə bilər ki, yeni evlənən cütlüklərin ailə həyatı necə alınacaq, qarşıda onları nələr gözləyir? Ailə həyatında qarşıya çıxacaq çoxlu sayda maneələrdən necə uzaq olmaq olar? Ailə həyatının uzunömürlü və xoşbəxt olması üçün nə etmək lazımdır? Necə edəsən ki, xəyallarında yanılmayasan? Təəssüf ki, suallar cavablardan çoxdur.
Qoç
Qadın: Asan aşiq olur və tez soyuyursunuz. Amma həqiqətən vurulmusunuzsa, bu məhəbbət ömürboyu yaşayacaq. Siz həyat yoldaşınızı istənilən vəziyyətdə dəstəkləməyə hazırsınız. Qoç qadınları ilə ünsiyyətdə diqqətli olmaq lazımdır, çünki onlar hər xırda məsələdən inciyə bilər.
Kişi: Qoç kişilərini 30 yaşından sonra müdrik adlandırmaq olar. Bununla belə onlar çox cazibədar və hazırcavabdır. Onlar tez əsəbiləşib, tez coşsalar da, bu, heç də qorxulu deyil.
Buğa
Qadın: Bütün Buğa bürcləri yüngül xasiyyətlidir, eləcə də hər işdə cəlddir. O, yaxşı ev sahibəsi, qayğıkeş həyat yoldaşı olacaq. Özləri istəmədiyi halda onlardan boşanmaq mümkün deyil, çünki nikah onlar üçün vacib və müqəddəs anlayışdır.
Kişi: Bu kişilərə həmişə etibar etmək olar, nikah onlar üçün həmişə birinci yerdə danayır. Həyat yoldaşına sadiq olan Buğa kişiləri yaxşı ailə başçısıdır.
Əkizlər
Qadın: Əkizlər çox nəzakətli və ixtiraçıdır. Onlar üçün birinci yerdə həmişə məhəbbət və gözəllik gəlir. Qayğıkeş analar öz uşağına görə hər şeyini qurban verməyə hazırdır.
Kişi: Onlar «Məhəbbət oyunlarını» sevirlər. Əkizlərə bu işdə intellektləri kömək edir.
Xərçəng
Qadın: İdeal həyat yoldaşı və anadır. Onlar üçün həyat yoldaşından daha çox uşaqları birinci yerdə gəlir. Əla ev sahibəsi və ehtiraslı məşuqədirlər.
Kişi: Bu bürcdən olan kişilər belə hesab edir ki, sevgisiz həyatın mənası yoxdur. Onlar üçün ehtiras və duyğular hər şeydən üstündür. Bəzən həddindən artıq qənaətcil olurlar.
Şir
Qadın: Cəlbedici Şir bürcləri kulinariya sahəsində çox bacarıqlıdır, yataqda isə ehtiraslıdır. Amma kişilərdən tələbləri yüksəkdir.
Kişi: Romantik, amma özünə qarşı qeyd-şərtsiz diqqət və qayğı tələb edir. Hədiyyə etməyi sevir və bu işdə xəsislik etmirlər.
Qız
Qadın: Evdə təmizliyə və sağlamlığa həddindən artıq diqqət edirlər. Ağıllı Qız bürcləri hər məslədə rasionaldır.
Kişi: Olduqca ziddiyyətli, soyuq, amma sentimental olurlar. Tənqidə dözümləri yoxdur. Öz həyat yoldaşlarına hədsiz heyranlıq duyurlar.
Tərəzi
Qadın: Həssas və zərifdir. Günün hər saatı sevgi, diqqət və qayğı tələb edirlər. İstədiyini əldə edə bilməyəndə depressiyaya düşür, son dərəcə qısqancdırlar. Evdə rahatlıq və nizam-intizamın olması çox mühümdür.
Kişi: Qarşılıqlı sevgilər onları həddindən artıq xoşbəxt edir, lakin ideal münasibətlər üçün çox yüksək şərtlər qoyurlar.
Əqrəb
Qadın: Dinamik Əqrəblər yeknəsəq və monoton həyatı sevmir. Xəyanətləri bağışlamırlar, düz də edirlər. Ərinə və uşaqlarına qarşı çox sədaqətlidir.
Kişi: Bütün zodiak işarələri arasında ən ehtiraslısıdır. İdarə etməyi və əmr verməyi xoşlayan Əqrəblər üçün sevgi hər şeydir. Mülkiyyətçi və qısqancdırlar.
Oxatan
Qadın: Romantika və onun təzahürlərinə ən az meylli bürcdür. Onlar tərəfdaşı üçün ilk növbədə yaxşı dostdurlar. Qonaqpərvər Oxatanlar evdə sərbəstliyi, ev rahatlığını yüksək qiymətləndirirlər.
Kişi: Səmimi və çox mehriban insanlardır. Eyni zamanda, nümunəvi və gözəl atadırlar.
Oğlaq
Qadın: İşgüzar Oğlaqlar çox vəfalı həyat yoldaşıdır. Özünə qarşı çox tənqidi yanaşsa da, ünvanına səslənən tənqidlərə qarşı dözümlü deyil.
Kişi: Çox bacarıqlıdırlar, amma tənhalıqdan qorxurlar. Dadlı yemək hazırlaya bilirlər.
Dolça
Qadın: Həyat yoldaşının onun işlərinə müdaxilə etməsini xoşlamır. Gözəl ana və evdar xanımdır. Vaxtının böyük hissəsisini özünü inkişaf etdirməyə sərf edirlər.
Kişi: Xasiyyətcə idealistdirlər. Sevgidə çox sadiqdirlər. Sevdiyi insan üçün hər an güzəştə getməyə hazırdır.
Balıq
Qadın: Ərinə qarşı həmişə anlayışlıdır, bütün bürclərdən sədaqətlisi və ən fədakarıdır. Dadlı və ləzzətli yeməyi sevirlər, mətbəxdə də xeyli məharətlidirlər.
Kişi: Sevgi məsələsində çox tələbkardır. Heç vaxt diktə etmir və həyat toldaşlarını təhqir etmirlər. Romantik Balıq kişisi uşaqlarına və yoldaşlarına qarşı çox diqqətcildir.