Ərin onun ən sevdiyi yeməyini hazırlamağını xahiş edib. Həmin yeməyin hazırlanma qaydasını isə yalnız anası bilir. Bu halda nə edəcəksən?
a) Anasının yanına gedib yeməyin hazırlanma qaydasını öyrənərəm.
b) Onun xoşuna gələcək başqa yemək hazırlayaram.
c) Deyərəm ki, onu gələn həftə hazırlayaram.
Sənin ən yaxın rəfiqənin ad günüdür. O, səni yoldaşınla birgə ad gününə dəvət edir. Ad gününə bir neçə gün əvvəl həmin dəvətə gedəcəyinizə söz vermişdiniz. Lakin bəzi səbəblərdən dolayı problemlərin çıxdı. Elə alındı ki, ərin təcili ezmaiyyətə getməli oldu. Sənin qərarın nə olacaq?
a) Həmin gün mütləq rəfiqəmgilə gedib onun ad gününü təbrik edərəm.
b) Bir səbəb tapıb ad gününə getmərəm.
c) Onun işinə gedib ad gününü təbrik edərəm.
Sən qərara almısan ki, sabah mütləq təmizlik işləri görəcəksən: Pəncərələri siləcək, paltar yuyacaq, xalçaları təmizləyəcəksən… Axşam ərin işdən gələrək sabah sizin onun valideynlərinin bağ evinə gedəcəyinizi xəbər verir. Belə vəziyyətdə sən nə edərsən?
a) Evin təmizliyi hər şeydən vacibdir deyib, səfəri sonraya saxlayarsan.
b) Əlbəttə ki, bağ evinə gedərəm, evin işləri bir qədər gözləsə də olar.
c) Hər ikimiz sabahkı günü necə keçirəcəyimiz barədə düşünərik.
Ərinin işdən gələn zaman burnuna yüngülcə çırtma vuraraq salamlaşması sənin xoşuna gəlmir. Onu bu adətdən tərgitmək üçün nə edərsən?
a) Güclü dava-dalaş salaram, məncə, bu işə yarayar.
b) Günlərin bir günü onun burnuna var-gücümlə bir çırtma vuraram, bəlkə onda o, bunun nə qədər xoşagəlməz olduğunu başa düşər.
c) Ona mülayim şəkildə bu cür salamlaşmanın xoşuma gəlmədiyini başa salaram.
Sən rəfiqənin resepti ilə dadlı bir tort hazırlamısan. İşdən gələndə isə, onun ərin tərəfindən yeyilib qurtardığını aşkar edirsən. Sənin reaksiyan:
a) Elə hərəkət edərəm ki, elə bil heçnə baş verməyib.
b) Mütləq öz narazılığımı bildirərəm və bundan sonra uzun müddət susaram.
c) Başqa bir tort hazırlayaram.
İşində çətinliklər yaranıb, sən buna görə çox narahatlıq keçirirsən. Evə gələrək sən:
a) Dərhal ərimlə öz problemlərimi bölüşərəm.
b) Problemlərimi evdən kənarda saxlayaram, onları ərimə yük etməyə dəyməz.
c) Problemlərim haqqında sonra danışaram.
Baldızın sizə qonaq gəlməlidir. Sənin isə onunla dostluq əlaqələrin və münasibətlərin yaxşı deyil. Bu halda nə edəcəksən?
a) Onunla görüşməmək üçün harasa gedərəm.
b) Özümü elə göstərərəm ki, guya onunla bacı münasibətindəyəm.
c) Özümü olduğum kimi apararam.
Sənin gələcək həyatından asılı olacaq mühüm bir məsələnin həllində təşəbbüs göstərməyi xoşlayırsanmı?
a) Bəli.
b) Xeyr.
c) Cavab verməkdə çətinlik çəkirəm.
Sənin ərinə aldığın əlvan rəngli köynək onun xoşuna gəlməyib. Onun fikrincə, köynək çox nəzərə çarpandır və yəqinki o, bunu heç vaxt geyinməyəcək. Belə bir vəziyyətdə sən nə edərsən?
a) Əvvəlcə ondan hansı köynəklərdən xoşlandığını öyrənər və gedib başqa birini alaram.
b) Bu köynəyin mənim çox xoşuma gəldiyini və onun köynəyi mütləq geyinməsi istədiyimi bildirərəm.
c) Bir daha ona heç bir şey almayacağımı bildirərəm, çünki onu heç cür qane etmək olmur.
Testin cavabları:
1) a-3, b-2, c-1;
2) a-1, b-3, c-2;
3) a-3. b-1, c-2;
4) a-1, b-2, c-3;
5) a-3, b-1, c-2;
6) a-1, b-3, c-2;
7) a-1, b-2, c-3;
8) a-3, b-2, c-1;
9) a-3, b-2, c-1.
0-dan 9 xala qədər:
Sənin ərə getməyin yaxşı xəbərdir. Ancaq sənin toyunun bu yaxınlarda olmayacağı xəbəri ondan da yaxşıdır. İncimə sadəcə olaraq, sən bu toyla bağlı hazırlıqlarla o qədər məşğulsan ki, səni başqa bir şeylə yayındırmaq belə mümkün deyil. Bir-iki günlük belə bu işdən uzaqlaşıb, öz nişanlınla bir yerdə olmağın çox yaxşı olardı. İnan ki, o sənin üçün çox darıxıb. Şəhər kənarı gəzintiyə gedin. Təbiət qoynunda toy həyəcanından və qohumların təzyiqindən bir qədər istirahət edin.
10-dan 15 xala qədər:
Sən həqiqətəndə ailə həyatına başlamağa hazır xanımsan. Çox ehtimal ki, sən bu qərarı qəbul etməzdən əvvəl çox götür-qoy etmisən. Həyatda baş verən heç bir hadisə səni pis vəziyyətdə qoymayacaq. Sən hər bir müasir qadına lazım olan ən qiymətli keyfiyyətlərdən birinə – müdrikliyə maliksən. Sən səbirlə həyat yoldaşının fikrini dinləyə və nə etmək lazım olduğunu bilirsən. Hər hansı bir mühüm qərar qəbul etməzdən əvvəl sən hər şeyi ölçüb-biçir sonra isə müəyyən bir nəticəyə gəlirsən.
19 xal və daha artıq:
Sən ailə həyatı adlı ucsuz-bucaqsız okeanda səyahət etməyə hazırsan. Rəfiqələrindən fərqli olaraq, sən bu səfərə uzun müddət hazırlaşmısan. Ona görə də, səyahət üçün gələcəkdə sənə lazım olacaq hər bir şeyi götürmüsən. Sən gələcək həyat yoldaşın üçün ideal qadınsan. Ancaq sən ərinlə elə münasibət qurmalısan ki, gələcəkdə onun xətrinə hər dəfə maraqlarını qurban verməyəsən. Əks təqdirdə, sən onu ərköyün edə bilərsən.