Evliliyi qorumağın 10 YOLU

Baxış sayı: 1. 918

Səhv sizdə olduğunda qüruru bir kənara qoyub üzr istəyin.

Dalaşarkən həyat yoldaşınızın artıq həyatınızda olmadığını düşünün. Bir mübahisəni dayandırmanın ən yaxşı yolu o insanı itirdiyinizi və onun üçün darıxdığınızı hiss etməkdir.

Daha çox gülün. Evliliyin ən böyük sirlərindən biri də budur.

Həftə sonları toplanın. Əgər uşaqlarınız varsa, onları da dəvət edin. Birlikdə br yemək yeyin, əyləncəli vaxt keçirin.

Seks proqramı hazırlayın. Plan hazırlamaq çox romantik olmasa da, sekssiz bir həyatdan yaxşıdır.

Xırda şeylər haqqında danışın. Danışmağa davam etdikcə münasibətiniz güclənəcək.

Özünüzə aid bir həyatınız olsun. Kimsə dostu olmayan bir adamdan xoşlanmaz. Buna görə hobbiniz, dostunuz olsun.

Təşəkkür etməyi unutmayın. Çox önəmlidir. “Bu axşam yemək hazırladığın üçün təşəkkür edirəm”, – deməniz çox dəyərlidir.

Qışqırmayın. Heç kim sizə dava etməyin demir. Ancaq dalaşarkən belə qışqırmayın, pis sözlər işlətməyin, səviyyənizi alçatmayın.

Əl-ələ tutun. Hətta qəzəbli olduğunuz da belə toxunun. Bəzən ən xırda təmas belə hər şeyi unutdurur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir