Evliliyin ilk günlərinə qayıtmaq üçün nə etməliyik?

Baxış sayı: 1. 868
Yoxsa, siz də ilk günlərin həsrətini çəkirsiniz? Əslində bu “həsrət”in tərəflər üçün elə bir təhlükəsi yoxdur. Ancaq bəzən bu həsrət ailədə baş verən problemlərin bir nəticəsi də ola bilər. Hətta burada tərəflər arasındakı qarşılıqlı hörmətin itməsindən də söhbət gedə bilər. Əgər sizdə də belə bir vəziyyət varsa, vaxt itirməyin və evliliyinizi yenidən canlandırmaq üçün fəaliyyətə başlayın…Elə isə evliliyin ilk günlərinə qayıtmaq çətindirmi? Və ya bunun üçün ilk növbədə nə etmək lazımdır? Evliliyin ilk günləri ilə sonrakı illər arasındakı ən böyük fərq tərəflər arasındakı ünsiyyət fərqidir. Belə ki, ilk günlərdə tərəflər arasındakı ünsiyyət daha güclüdür. Bu günlərdə problemlər də o biri günlərlə müqayisədə nisbətən azdır. Üstəlik, hər iki tərəf ilk günlərdəki o atmosferi qorumaq üçün bütün fədakarlıqlara hazırdır. Elə isə bəs evliliyin ilk günlərinə qayıtmaq üçün nə etmək lazımdır? Əgər bütün bunları qaytarmaq istəyirsinizsə, hər şeydən əvvəl hazırda yaşadığınız vəziyyəti nəzərdən keçirin. Təbii ki, ilk növbədə mənfiləri yox, müsbətləri ön plana çıxarın. Digər tərəfdən, bu məsələ ilə bağlı fikirlərinizi həyat yoldaşınızla bölüşməyi də unutmayın. Çünki əgər o da sizin kimi düsünürsə, deməli, işiniz çox asan olacaq.Həyat yoldaşınızla birlikdə, ya da təklikdə ilk günlər ən çox nələri yaşadığınızı və ən çox nələrdən razı qaldığınızı xatırlayın və hətta bütün bunları bənd-bənd, maddə-maddə bir kağıza yazın. Sonra da evliliyinizin ilk günlərində yaşadıqlarınızı hazırda yaşadıqlarınızla müqayisə edin. Beləliklə, daha çox nələrin həsrətini çəkdiyinizi və daha çox nələrin sizi narahat etdiyini müəyyənləşdirin. Sonra da bunların hər birisini “əhəmiyyət dərəcəsinə” görə düzün. Bu isə o deməkdir ki, siz artıq ilk addımı atmağa hazırsınız. Unutmayın, atacağınız bu kiçik addımlar həyatınızda çox şeyi dəyişdirəcək.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir