aile

Evliliyiniz üçün 8 təhlükəli işarə

Baxış sayı: 1. 759

Bir çoxlarımızın “pis evlilik” haqqında müxtəlif fikirləri var. Sözsüz ki, ailə quran heç kəs boşanmaq haqqında düşünmür. Amma evlilikdən sonra bəzi əlamətlər münasibətlərin pis və ya yaxşı olmasına işarə verir. Ona görə də bəzi cütlüklərin toydan az keçməmiş boşanmalarına təəccüblənməyin. “Gencaile.az” Aile.lent.az-a istinadən boşanmaya aparan 8 əlamətlə sizi də tanış edir.

1. Reaksiyalarını reaksiyasız qalaraq göstərirlər

Bir cütlüyün mübahisə, dava-dalaşdan sonra səssiz qalaraq reaksiya göstərməsi, pis əlamətdir.  Bəli, dava-dalaş, mübahisə etmək sağlam münasibətlərdən xəbər verir. Lakin dava-dalaş tez-tez təkrarlanırsa və ciddi hal alırsa və sonda tərəflər səssizliyə bürünürsə, bu vəziyyət evlilik üçün zərərlidir.

2. Durğun seks həyatı

Bu, çox aydın: insanlar  seks olmadan da yaşaya bilərlər. Lakin insanlar yaşayan canlılardır və seks təbii bir arzudur. Bəli, seks olmadan davam edən münasibətlər var, ancaq boşanma vəkillərinin müştərilərindən eşitdikləri ən çox səbəblərdən biri də illərdir seks həyatının olmamasıdır.

3. Ortaq maraqları çox azdır

Bəli, əks qütblər bir-birini cəzb edir. Lakin onda xoşunuza gələn xüsusiyyətlərin evliliyinizi davam etdirəcəyini düşünməyin. Məsələn, bir tərəf səhərə qədər çöldə əylənməyi sevirsə, digər tərəf axşam 19: 00-da ilıq duş qəbul etdikdən sonra oturub kitab oxumaq istəyirsə, bu cütlüklərin həyat tərzləri bir-birindən çox uzaqdır. Onların evliliyinin uzun davam etməsi qeyri-mümkündür.

4. Karyera hər zaman ailədən əvvəl gəlir

Tərəflərdən birinin karyerasını hər şeydən üstün tutması böyük bir problemdir. Kişilər evlilikdən əvvəl müəyyən mövzularda razılaşmış olsalar da, nəticə dəyişmir. Bir tərəfin karyerasına çox bağlı olması ən güclü sevgi üzərində qurulan evliliyi belə uçuruma aparar.

5. Bir-birlərini alçaldırlar

Bir-birini təhqir etmək, alçaltmaq, yuxarıdan aşağı baxmaq münasibətlərin vaxt keçdikcə tükənəcəyinin əlamətidir. Xoşbəxt evlilikdə cütlüklər bir tərəfin çatışmazlığına alçaqlıq kimi yox, qarşılıqlı hörmət çərçivəsində qəbul edir.

6. Sevgiyə hörmət bəsləmirlər

Tərəf müqabilinin sevgi dilini bilmək – qarşı tərəfin sevgini hansı yollarla hiss etdirdiyinin fərqində olmaq evliliyin uzun olması üçün çox vacibdir. Cütlüklər bir-birlərini sevsələr də, sevgi dilləri fərqli olduqda, sevildiklərini hiss edə bilmirlər. Məsələn, bir tərəf sevgisini kömək edərək və ya da hədiyyələr alaraq göstərir, amma digər tərəf sevgini şifahi formada, toxunaraq və ya birlikdə zaman keçirərək alırsa, sevgi tam olaraq ifadə edilməyə bilər.

7. Xərcləri mövzusunda dürüst deyillər

Evlilik bir ortaqlıqdır. Tərəflər ailənin maddiyyat, pul, qazanc baxımından bir-birilərinə güvənməlidirlər. Gəlirlər ayrı olduqda hər iki tərəf xərclədiyi pulun miqdarını az və ya çox deyə bilər. Cütlüklərin ayrı və ya ortaq büdcələri ola bilər. Lakin pulun necə xərclənməsi və ya yığılması mövzusunda bir-birindən xəbərsiz olduqda, ev almaq, birgə hər hansı işlər görmək mümkün deyil.

8. Əsla mübahisə, dava-dalaş etmirlər

İnsanların bir çoxu həqiqəti ört-basdır edərək və ya onları narahat edən hər hansı məsələni görməməzlikdən gələrək, problemlərdən qaçmağa çalışır. Bu vəziyyət sonda gərginliyə səbəb olur. Qarşınızdakı insan sizin ən yaxşı dostunuz, sirdaşınız və sevgilinizdir. Ona hər şeyi söyləmək lazımdır. Evlilik bağını yox etmədən, bir-birinizin fikirlərini qəbul etməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir