Zumrud

Evliliyinizdə ən yaxın dostunuzun belə bilməməsi gərəkən məqamlar – “SEANS VAXTI”

Baxış sayı: 541

Kiçik yaşlarda dostunuzla hər şeyi paylaşmış ola bilərsiniz. Evlilikdə yaxşı və ya pis hadisələr baş verdikdə də onunla bölüşmək istəyinizin olması təbiidir. Lakin doğru yol deyildir. Çünki bəzi detallar vardır ki, yoldaşınızla sizin aranızda qalmalıdır. Onlara nələr daxildir?

Evlilikdə bir çox şeyləri dostunuzla bölüşməyiniz, problem yarada bilir. Belə olduqda yoldaşınızın güvəni qırıla, dostunuzun dediyi fikirlər sizin fikrinizi qarışdıra bilər.

sevgi

1) Sevgi  – Sizin həyatınızın özəl tərəfidir

Evlənmədən öncə partnyorunuzla olan bəzi planlarınızı dostunuzla paylaşmış ola bilərsiniz. Lakin evləndikdən sonra bir çox şeylərin gizli qalması daha məqbuldur.

aile budcesi

2) Evin büdcəsi

Maddi məsələlər sizin və yoldaşınız arasında daima gizli qalmalıdır. Çünki yoldaşınızın gəliri və ya hər hansısa bir borcu onun utanmasına səbəb olacaqdır.

AILE

3) Gizli qalması lazım olan digər şeylər

Yoldaşınız sizinlə nələrisə paylaşmış ola bilər və eyni zamanda bunun ikinizin arasında qalmasına istəyər.  Belə vəziyyətdə dostunuzla paylaşmaq yerinə, özünüzdə saxlayın. Yox, əgər bunu yenə də kiminləsə bölüşmək istəsəniz, məsələyə obyektiv yanaşan peşəkar birinə müraciət edə bilərsiniz.

 

Zümrüd Haqverdiyeva

Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir