evlilik

Evliliyinizə hansı prizmadan baxırsınız? – XÜSUSİLƏ 2 QRUP BARƏDƏ

Baxış sayı: 1. 562

Hər bir evli şəxsin evliliklə bağlı müsbət və ya mənfi fikirləri var. Ancaq bu fikirlər hər iki tərəfin ortaq qənaəti ilə formalaşmırsa, evlilik üçün ziyanlı ola bilər. Bir sözlə, təkcə bir tərəfin fikirləri evliliyə qiymət vermək üçün kifayət deyil. Tərəflərin evliliklərinə bir-birilərinin prizmasından qiymət vermələri də ailənin möhkəmliyi üçün çox vacibdir. Bu, həmçinin tərəflərin bir-birilərini daha yaxşı başa düşmələrinə və problemlərə daha sağlam yanaşmalarına da kömək edir. Digər tərəfdən, tərəflər bu şəkildə bir-biriləri haqqında mənfi düşünməməyi də öyrənirlər. Elə isə, necə olursa olsun, evliliyinizə həyat yoldaşınızın da prizmasından baxın. Üstəlik, “həyat yoldaşınızı onsuz da tanıdığınızı” irəli sürərək, əvvəlcədən hökm verməyə çalışmayın. Əgər belə səhvlərə yol verməsəniz, gələcəkdə evliliyiniz haqqında çox şey öyrənə bilərsiniz. Ümumiyyətlə isə, evliliyə səhv qiymət verənləri əsasən iki qrupa ayırmaq olar:

 

1) Evliliyə müsbət qiymət verənlər…

– Bəzi tərəflər evliliklərində heç bir problemin olmadığını düşünürlər. Və bu düşüncəni əsas götürərək, eyni şeyi həyat yoldaşlarına da istinaq edirlər. Həyat yoldaşları bir problemdən bəhs etdikdə isə, onu başa düşməkdə çətinlik çəkirlər. Dolayısı ilə, həyat yoldaşlarının problem kimi təqdim etdikləri məsələnin (və ya məsələlərin) həllinə də səy göstərmirlər. Hətta, həyat yoldaşlarını başa düşmədikləri üçün bəzi şeyləri onların problemə çevirdiklərini düşünürlər. Əlbəttə ki, hər iki tərəf evliliyə müsbət baxmalıdır. Ancaq bu baxış hər iki tərəf üçün də eyni olmalıdır. Yəni, tərəflərdən biri hər hansı bir problem yaşayırsa, digər tərəf də bu problemi qəbul etməli və o problemin mənbəyini axtarmalıdır.

 

2) Evliliyə mənfi qiymət verənlər…

– Onlar isə, bir qayda olaraq, problem yaşadıqlarını düşünürlər və ən başlıcası bu problemlərin qarşı tərəflə bağlı olduğunu irəli sürürlər. Həqiqətən də, bir tərəf o biri tərəfin hərəkətlərinə görə problem yaşaya bilər. Ancaq təkcə qarşı tərəfin səhvlərini görüb “müharibə bayrağını qaldırmamalı”, əksinə, qarşı tərəfin bu evliliyə necə qiymət verdiyini anlamağa çalışmalısınız. Digər tərəfdən, burada da problemin mənbəyini axtarmaq çox vacibdir. Hətta lazım gəlsə, tərəflər problemin kökünü özlərində axtarmalı və bunun üçün özünütənqid üsulundan istifadə etməlidirilər. Məsələyə bu şəkildə yanaşmaq və “ittihamçı” mövqeyindən imtina edərək, ortaq bir məxrəcə gəlmək evliliyinizin gələcəyi üçün də vacib ola bilər




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir