sevgi

Evliliyinizi monotonluqdan necə xilas etməlisiniz?

Baxış sayı: 1. 046

Son dəfə həyat yoldaşınızıla nə vaxt gəzməyə çıxmısınız? Və ya son dəfə həyat yoldaşınızıla nə vaxt alış-verişə getmisiniz? Bir yerdə yemək yediyinizi və ya çay içdiyinizi xatırlayırsınızmı?

Adətən bu suallara cavab verən tərəflər gəzməyə uşaqları ilə birlikdə getdiklərini, ya da həyat yoldaşları çox məşğul olduğu üçün belə işlərə vaxt ayıra bilmədiklərini söyləyirlər. Əlbəttə ki, uşaqlarla birlikdə gəzməyə getmək və ya gözəl bir yerdə istirahət etmək çox yaxşıdır.

sevgi

Ancaq bu da bir həqiqətdir ki, ailədə uşaqlar dünyaya gəldikdən sonra tərəflər az qala bir-birilərini unudurlar və nəticədə, bir-birilərindən soyumağa başlayırlar. Ona görə də, belə halların baş verməməsi üçün vaxtaşırı həyat yoldaşınızla evdən kənara çıxmalısınız. Üstəlik, “Biz onsuz da evdə kifayət qədər bir yerdə oluruq” fikirlərinə də qapılmamalısınız. Əlbəttə ki, biz bununla ev daxilindəki ünsiyyətin faydasız olduğunu demək istəmirik.

Ancaq evliliyinizə canlılıq gətirmək istəyirsinizsə, ya da evliliyinizi monotonluqdan xilas etmək istəyirsinizsə, ünsiyyətinizi evdən kənara da çıxarmalısınız. Bir də unutmayın ki, yeni məkanlar yeni hisslər və yeni həyəcanlar deməkdir.

Ailem jurnali adlı şəxsin şəkli.

Qeyd: Bütün bu dediklərimizi bir şərt kimi yox, bir təklif kimi qəbul edin. Üstəlik, bu iş üçün çox böyük bir vaxta ehtiyac olmadığını da unutmayın.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir