gUNAY iSMAY;LOVA

Exolaliya haqqında maraqlı nüanslar

Baxış sayı: 593

1) Ritual nitqdir (sehirli təxəyyülün məhsuludur).

2) Hər zaman psixoloji dəstəyə ehtiyac duyur.

 

Exolaliyası olan uşaqlarda müxtəlif mərhələlərdə psixoloji sarsıntı və qorxuları (keçmişdə yaşanmış və ya gələcəkdə baş verə biləcək) aradan qaldırmaq vacibdir. Bu zaman həm medikamentoz (dərmanla), həm də psixoterapevtik müalicəyə ehtiyac yarana bilər. Buna görə də psixiatr müayinəsi və müalicəsi mütləqdir. Lakin lazımsız müdaxilələr daha ağır nəticələrə səbəb ola bilər. Çünki uşaq daxili həyəcanını içində saxlayır və nəticədə bəzi imtina halları meydana çıxır. Məsələn: yeməkdən tamamilə imtina, evdən çıxmaqdan imtina və s.

Exolaliya avtomatlaşdırılmış, idarə olunmayan təkrarlamadır. Bəzi məşğələlərdə müəllim hər hansı bir əşyanı göstərib adını deyir və uşaqdan təkrarlamasını istəyir. Bu təkrarlama exolaliya deyil, normal dil inkişafı prosesidir.

Uşaqlarda exolaliya müxtəlif səviyyələrdə ola bilər: heca və ya söz səviyyəsində. Frazalı exolaliya isə autizmin (F84.0) əlaməti sayılır. Bu, nitq stereotipidir. Əgər autizmli uşaqda belə nitq forması varsa, bu nitq ömür boyu davam edə bilər. Çünki o, nitqini idarə etməkdə çətinlik çəkir. Bu, nitqin mənasını anlamama, cümlənin müxtəlif hissələrində yersiz olaraq eyni söz və ifadələri təkrarlama kimi təzahür edir. Uşaq exolaliyalı olduğu müddətdə onun məntiqi nitqi inkişaf etmir. Sehirli təxəyyülü isə onun məntiqi düşüncəsini kölgədə qoyur.

 

Exolaliyanın funksiyaları:

 

1) Əsas funksiyası psixi vəziyyətin müntəzəmliyini təmin etməkdir.

Uşağın exolaliya zamanı hansı vaxtda və hansı obrazda olduğu dəqiq şəkildə qeyd olunmalıdır. Bu zaman “güzgü üsulu”ndan istifadə etməklə exolaliyanı aradan qaldırmaq mümkündür. Məsələn, uşağın dediyi sözləri onun özü ilə eyni şəkildə təkrar edin.

 

2) Ümumi psixomotor həyəcanlanma.

Bu halda məqsəd exolaliyanı aradan qaldırmaq deyil, psixomotor həyəcanı azaltmaqdır.

 

3) Exolaliyanın vərdiş halına düşməsi.

4) Psevdokognitiv funksiya.

Exolaliya, informasiyanın mənimsənilməsinin kompensasiya mexanizmi kimi çıxış edir. Məsələn, maqnitofonu göstərib “Bu nədir?” sualını verdikdə uşaq əvvəlcə anlamağa çalışır, qeyri-dəqiq tələffüzlə təkrar edir, sonra müəllimin gözünə baxaraq suala tam cavab verməyə çalışır. Bu halda exolaliya uşağa informasiyanı qəbul edib onu mənimsəməyə və yenidən ifadə etməyə yardım edir. Bu tip exolaliyanı aradan qaldırmaq əvəzinə düzgün istiqamətləndirərək uşağın inkişafına dəstək vermək lazımdır.

 

5) Psevdokommunikativ vəziyyət.

Bu halda exolaliya uşağın inkişaf etməmiş kontekstual nitqdən istifadə edə bilməməsinin göstəricisidir. Uşaq təkrar edir, lakin cavab gözləmir. Belə hallarda uşağın intellekt səviyyəsi yoxlanılmalıdır. Əgər intellektual inkişaf normaldırsa, exolaliyanı aradan qaldırmaq olar. Əgər deyil, bu zaman onun fərdi xüsusiyyətləri və ehtiyacları dərin şəkildə araşdırılmalıdır.

 

6) Hazırkı emosional vəziyyətin ifadəsi.

Məsələn, uşaq “olmaz” demək əvəzinə “istəmirəm” deyir və ya heç kim onu tutmadığı halda “burax” deyir. Bu, o deməkdir ki, uşaq yemək istəmədiyi halda siz onu yeməyə məcbur edirsiniz və bu, onun şüuraltı protest reaksiyasıdır.

 

Ümumilikdə, exolaliya zamanı:

Əvvəlcə səbəbi müəyyən edilməli,

Sonra psixo-emosional vəziyyət sabitləşdirilməli,

Ardınca korreksiya prosesi tətbiq olunmalıdır.

Exolaliyalı uşaqlardan nitqlərinin akademik səviyyədə yüksək inkişafını gözləmək real deyil. Onların inkişafına fərdi yanaşma vacibdir.

 

Günay İsmayılova

“İnclusive Edu Academy” şirkətinin rəhbəri, İnklüziv təhsil mütəxəssisi, ADPK-nin müəllimi




4 şərh “Exolaliya haqqında maraqlı nüanslar

  1. Aysel

    Bu yazı mənim üçün çox dəyərli oldu. Exolaliyanı təkcə “uşaq təkrar deyir” kimi səthi qiymətləndirmək əvəzinə, onun funksional tərəflərinə bu qədər ətraflı yanaşma məni sevindirdi. Xüsusilə “psevdokommunikativ vəziyyət” izahı çox yerində idi. Hər mütəxəssis bu qədər detallı və fərdi yanaşma nümayiş etdirməlidir.

    Cavabla
  2. Murad Musayev

    Mənim övladımda da exolaliya var və yazını oxuyarkən bir çox məqamlar bizə tanış gəldi. Bəzən nə üçün müəyyən sözləri təkrar etdiyini başa düşmürdük, indi isə sanki hər şey aydınlaşdı. “Güzgü üsulu” kimi praktik yanaşmalar üçün ayrıca təşəkkür edirəm.

    Cavabla
  3. Sevinc Əhmədova

    Bu yazı, sahədə çalışan mütəxəssislər üçün əsl bələdçi ola bilər. Exolaliyanın müxtəlif funksiyalarını bu qədər konkret və təcrübəyə əsaslanaraq izah etmək böyük zəhmət tələb edir. Günay xanımı bu sahəyə verdiyi töhfəyə görə təbrik edirəm.

    Cavabla
  4. Sirac

    Əvvəlcə exolaliyanın nə olduğunu tam anlamırdım, amma bu yazıdan sonra baxış bucağım dəyişdi. Xüsusilə “sehirli təxəyyül” ifadəsi diqqətimi çəkdi. Uşaqların bu davranışlarına sadəcə “problem” kimi baxmaq əvəzinə, onları anlamağa çalışmaq daha doğru yol imiş.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir