Gündəlik həyatının əsas hissəsini telefon, kompüter önündə keçirən hər kəs gözlərinin zəiflədiyindən şikayət edir. Şikayəti olanların da çoxu məcburən eynək taxmalıdır. “Gencaile.az” Aile.lent.az-a istinadən eynəklərdən qurtulmaq üçün sizə asan yol təqdim edir. Bu reseptlə görmənizi yaxşılaşdırıb eynəklərinizi zibilliyə ata bilərsiz.
3 il tam böyüyən aloe yarpaqlarından istifadə edin. Yarpaqların aşağı qisimlərini kəsib isti su ilə yuyun. Tikanlarını təmizləyin, 8-11 gün soyuducuda saxlayın. Sonra suyunu çıxarın. 100 ml aloe vera suyunu 500 qr rəndələnmiş qoz, 300 qr bal, 3 ədəd limon şirəsi ilə qarışdırın. Yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə 1 çay qaşığı yeyin.
Bir dəfə hazırlanan qarışımı 1 həftədən çox istifadə etmək olmaz. Hər həftə yenisini hazırlayın.
Qeyd: Böyrək, mədə-bağırsaq, ürək-damar sistemi ilə bağlı şikayətləri olan, hamilə, qanaxma, hemorroy və xərçəng xəstəliklərində aloe suyunun istifadəsi düzgün sayılmır.