İnsan orqanizmi xüsusən də soyuq aylarda isti mayelərə ehtiyac duyur. Hər gün adi çay içməksə, həm damaq dadımızı yorur, həm də zərərlidir. Odur ki, mütəlif bitkilərdən dəmlənmiş çaylara üz tutmaq lazımdır.
“Gencaile.az” fərqli bitkilərdən dəmlənən çayların faydaları haqda yazını təqdim edir.
Reyhan çayı
Orqanizmi gücləndirir.
İshalın qarşısını alır.
Mədə xorasına qarşı istifadə edilir.
Yuxusuzluq problemini aradan qaldırır.
Həzm sistemini tənzimləyir.
Mədə ağrısını kəsir.
Ağızın selikli qişasındakı yaraların müalicəsində istifadə olunur.
Antioksidant təsiri var.
Nanə çayı
Astma və soyuqdəyməyə qarşı təsirlidir.
Stressi azaldır.
Ürək bulanmasına yaxşı təsir edir.
Boğaz qurumasına qarşı əvəzsizdir.
C vitamini və Omeqa 3-lə zəngindir.
Sakitləşdiricidir.
Antioksidant olduğundan detoks təsiri də edir.
Ağız qoxusunu alır, nəfəsi təravətləndirir.
Çobanyastığı çayı
Qadın xəstəliklərinin qarşısını alır.
İmmun sistemini gücləndirir.
Ağız və diş iltihabına qarşı istifadə edilir.
Stresi azaldır, əsəbləri saktiləşdirici təsir edir.
Boğaz ağrısına qarşı əla vasitədir.
Revmatizmanı yüngülləşdirir.
Allergiyanı azaldır.
İtburnu çayı
Sidik yolları xəstəliklərindən qoruyur.
Şəkərli diabetə qarşı əvəzsizdir.
Soyuqdəyməyə qarşı təsirli vasitədir.
Qan təzyiqini nizamlayır.
Dəriyə gözəllik və parlaqlıq verir.
Revmatizmaya qarşı faydalıdır.
Bədənin temperaturunu stabil saxlayır.
Xolestorolu aşağı salır.