Fexreddin Manafov

Fəxrəddin Manafov: “Barmağım tətikdə olanda adrenalin elə dərəcədə olur ki…” – MÜSAHİBƏ

Baxış sayı: 3. 933

Bu gün Azərbaycan kinosu özünün növbəti inkişaf mərhələsinə başlayır. Elə də uzunömürlü olmayan kinomuzun bir çox nümayəndələri var ki, nəinki ölkəmizdə, eləcə də dünyanın bir çox yerlərində tanınıb. Məhz bu kimi insanların sayəsində Azərbaycan kinosu çətin dövrlərdə belə fəaliyyətsiz qalmadı, az da olsa yeni-yeni filmlər çəkdi. Qonağımız xalq artisti, keçmiş Sovetlər məkanında kino sahəsində özünə kifayət qədər nüfuz qazanmış Fəxrəddin Manafovdur. Çəkildiyi filmlərdə əvəzolunmaz  aktyorluq ifası onu milyonların sevimlisi edib.

 

Ölkəmizə başqa ölkələrdən kino çəkməyə gələnlər ilk olaraq, aktyor Fəxrəddin Manafovu dəvət edirlər.

Yəqin ki, söhbət keçmiş Sovet məkanından gedir. Bəlkə, ona görə ki, mən çoxdandır, rus sənətçiləri ilə təmasdayam. Sovetlər dövründə “Sovetskiy ekran” adlı jurnal çıxırdı. Olduqca populyar olan bu jurnalın 1980-87-ci illər ərzində öz qabığında mənim iki dəfə şəklim çıxmışdı. Özümdən asılı olmayaraq, tanınırdım. Özbəkistanda, Vladiqafqazda, Kiyevdə, Peterburqda filmlərə çəkildiyimdən həmin yerlərdə məni yaxşı tanıyırdılar. Bəlkə də, nəyisə daha dəqiq yerinə yetirə bilirəm və ən əsası rus dilini yaxşı bilirəm deyə aktyor kimi hərdən mənə üstünlük verirlər.

 

Uzun illər Azərbaycandan kənarda yaşamısınız. Vətəndən ayrı qalmaq çətindirmi?

Nəinki çətindir. Vətəndə yaxın insanlar, milli yeməklərimiz, torpağın qoxusu, təbiət, dil, mentalitet və s. kimi komponentlər var ki, onlar insanı özünə cəlb edir.

Belə bir söz var:

Məni məndə axtarma, mən mən deyiləm,

Bir mən vardı məndə, məndən də içəri.

Torpaq, vətən, mühit o qədər qanımıza işləyib ki, kənarda yaşamaq bizə çox ağır olur.

 zaur ve Tehmine

Hansı rollarınızı yenidən oynamaq istərdiniz? Ən yadda qalan obrazınızdan danışın.

Mənim oynadığım rolların heç biri yadımdan çıxmır. Xüsusən də Azərbaycan filmlərindəki rollarım mənim üçün daha unudulmazdır. Ancaq elə bir film olub ki, mən gözləmədiyim halda, tamaşaçıların ən sevimli filmi olub.”Təhminə filmini nəzərdə tuturam. Mən “Mən ölsəm, bağışla” filmini aktyorluq, rejissorluq və s. cəhətlərə görə daha yüksək qiymətləndirirəm. Buna baxmayaraq, “Təhminə” filmi daha çox sevildi. Ümimiyyətlə, mən rollarım arasında heç bir fərq qoymuram.

 

 

Boş vaxtınız olurmu?

Çox az. Ovu çox sevdiyimdən boş vaxtımda dostlarım – Taleh, İlqar, Kamalla ova gedirəm. Bundan əlavə, balıq tutmağı da sevirəm. Cavanlıqda dəlicəsinə sevdiyim idman növü futbol idi, hansı ki, bu gün efirdən izləməkdən doymuram.

 

Ovladığınız ovlara yazığınız gəlmir?

Bilirsinizmi, qırxayağa deyirlər ki, sən necə yeriyirsən, başlayır düşünməyə, yeriyə bilmir. Indi sən ovçuya deyirsən ki, ova yazığın gəlmir? Təbii ki, gəlir. Ancaq barmağım tətikdə olanda adrenalin elə dərəcədə olur ki, insan başqa heç nə haqda düşünmür.

 

Zaura nə məsləhət görərdiniz?

Qonşumuz Zauru deyirsiniz? (gülür). Söhbət bu günün Zaurlarından gedirsə, mən onlara nəsə öyrədib, məsləhət verməzdim. Çünki hər kəs öz həyatını yaşayır.  Hər kəs özü qazandığı, aldığı tərbiyəni, genetikanı, mühiti, böyüdüyü ailəni nəzərə alıb addım atmalıdır. Həyatı barədə kiməsə məsləhət vermək, yönləndirmək, mənim nəzərimcə, düzgün deyil. Insanı öyrədən yalnız müəllim və valideyndir. Sevgi isə başqadır. Əgər insan sevirsə, sevəcək, sevə bilmirsə, sevməyəcək. Gənclərə qətiyyətli olmağı arzulayıram. Ümimiyyətlə, bilirsinizmi necədir? Sevirsənsə, sevginin dalınca axıra qədər getməlisən və heç kimə qulaq asmamalısan. Özümdən asılı olmayaraq, yenə də məsləhət vermiş oldum.

 

Fəxrəddin müəllim mətbuatdan uzaq durmağa çalışan aktyordur. Bunun səbəbi nədir?

Mən müsahibələrdən niyə qaçıram? Müsahibə mənim intelektimi, mədəniyyətimi, istəklərimi kiminləsə bölüşməyim deməkdir. Bunu isə mən istəmirəm. Bundan əlavə, hərdən elə jurnalistlərlə rastlaşırsan ki, mətbuatdan qaçmağa peşman olmursan.

 

Oynamaq istədiyiniz rol?

Çox istərdim ki, Ə.Haqverdiyevin “Qacar” əsərində Qacar rolunu oynayım. Bu əsər dünya miqyasında ən güclü əsərlərdən biridir.

fexreddin

Fəxrəddin müəllim nəyin arzusundadır?

Arzum cavanlıqda lap çox olub. Orta yaşa gəldikdə bir az azaldı. Bu yaşa gəldikdə isə cəmi iki arzum qaldı. Bu, bəlkə də, arzum yox, istəyim, tələbim, haqqımdır. Mənim itkin düşmüş qardaşımı və Qarabağımı görmək. Mən Qarabağda doğulmuşam, orada keçirdiyim uşaqlıq günlərimə qayıtmaq istəyirəm. Əminəm ki, o yerlər qayıdacaq. Formasını bilmirəm, necə. Sülh yolu ilə, müharibə yolu ilə, amma qayıdacaq.

 

Söhbətləşdi: MƏTİN

 

Картинки по запросу FƏXRƏDDİN MANAFOV

Картинки по запросу FƏXRƏDDİN MANAFOV ZAUR

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir