Facebook

“Facebook” bağlana bilər: Gələcək 10 il üçün pessimist ssenarilər – FOTOLAR

Baxış sayı: 1. 274

“Bloomberg News” qarşıdakı 10 il, yəni 2028-ci ilə qədər həyata keçiriləcəyi ehtimal edilən bəzi pessimist ssenariləri hazırlayıb.

– Agentliyin pessimist ssenarilərindən biri budur ki, iri texnologiya şirkətlərini saxta xəbərlər uçuruma aparacaq. Qeyd olunur ki, iri texnologiya şirkətləri artıq uzun müddətdir bu problem ilə əlaqədar mübarizə aparırlar. “Pew” Araşdırma Mərkəzinin hesabatına görə, “Facebook”dan yayılan saxta xəbərlər istifadəçilərin 64%-də çaşqınlıq yaradır. İstifadəçilərin yalnız 11%-i belə xəbərlərə inanmadıqlarını bildiriblər.

– ABŞ banklarından biri kiber hücuma məruz qalacaq və bütün əmanətlər yox olacaq. Bunun nəticəsində kriptovalyuta 40 min dollara qədər yüksələcək. Bir ildə 2000% dəyər qazanan Bitkoin dekabrda 20 min dollara qədər dayandı.

– Çində ticarət müharibəsinin başlayacaq. Bunun səbəbi ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəldiyi ilk zamanlardakı kimi Çinə qarşı olan açıqlamaları deyil, iqlim dəyişikliyi səbəb olacaq. 2018-ci ildə Çin tarixində ən böyük qasırğa baş verəcək. Bundan sonra isə ölkədə sel fəlakətləri olacaq. Ölkə işıqsız qalacaq. İqlim fəlakətləri nəticəsində iqtisadi yara alacaq Çin bir çox ölkələrə ticari sanksiyalar tətbiq edəcək.

– Elektrik mühərrikli avtomobillər neft erasını sona çatdıracaq. Batareya istehsalındakı texnoloji yeniliklər ilə elektrikli avtomobillərin qiyməti ucuzlaşacaq. Yaponiyadan ABŞ-a qədər bir çox ölkə avtomobil sektorundakı sürətli dəyişikliklərin şokunu üstlərindən ata bilməyəcəklər.

– 2017-ci il yanvarın 20-də ABŞ-ın prezidenti seçilən və 2020-ci ildə przidentlik dövrü sona çatan Donald Trump üç il sonrakı seçkilərdə yenidən uğur qazanacaq. Trumpın vergi ödəmələrini tənzimləyən qanunvericilik qanunu qəbul edildikdən sonra, ölkə ordu və infrastruktur xərclərinə trilyonlarla dollar pul xərcləyəcək.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir