facebook status

Facebook profilinizə kimlərin baxdığını bilmək istəyirsiniz?

Baxış sayı: 1. 478

Son illərin bizi ən çox düşündürən suallarından biri də budur. “Google”-da bu suala verilən cavablar bir az qarışıqdır. Müxtəlif addımları izləyərək profilinizə kimlərin baxdığını göstərəcəyini iddia edən bir çox bələdçi tətbiq var.

 

Məyus olmağa hazırsınızmı?

Ən köhnə “Facebook” əfsanələrindən biri olmasına baxmayaraq bir çox istifadəçi, bu mövzuda hələ də ümidlidir. Ancaq bunun cavabı başdan verək: Profilinizə kimin baxdığını öyrənmənin hər hansı bir yolu yoxdur. “Facebook”a görə bu məlumatı əldə edə bilməzsiniz. Bəs niyə? “Facebook” onu necə istifadə etdiyinizi öz faydası və qazancı üçün izləyir və bu məlumatları sizə təmin etmək kimi bir məcburiyyəti yoxdur. Yəni “Facebook” administratorları profilinizə kimin neçə dəfə baxdığını bilsə də, bunu sizinlə paylaşmaq istəmir. Bu məlumata hər hansı bir tətbiq və ya hiylə yolu ilə çatmanızın da hər hansı bir yolu yoxdur.

 

Sınamağa dəyərmi?

Xeyr! Sizə profiliniz haqqında müxtəlif məlumatlar təqdim edəcəyini iddia edən bir çox tətbiqə rast gəlməniz mümkündür. Üstəlik bu tətbiqlər, bəyənilmə sayına baxılsa xeyli istifadəçi tərəfinin marağını oyandırmış vəziyyətdədirlər. Məsələn, küçədə tanımadığınız biri sizə bir torba dolusu brilliant satmağa çalışsaydı onu alardınızmı, yoxsa saxta ola biləcəyini düşünərək yoxlamaqmı istəyərdiniz? Bu cür tətbiqlər, sizin profilinizin gizliliyi və təhlükəsizliyi mövzusunda heç bir diqqət göstərməyərək profilinizi sındırmağa açıq hala gətirilər.

 

Bu cür tətbiqlər, əslində iki ana qrupa ayrılırlar:

1. Tamamilə zarafat olan, heç bir şey təqdim etməyən, bəzən hətta zərərli olan tətbiqlər.

2. Yalnız eyni tətbiqi yükləyən “Facebook” dostlarınız haqqında sizə məlumat təqdim edən tətbiqlər.

İkincisi birinci qədər zərərli olmasa da tətbiq onu yoldaşlarınızın da yükləməsi üçün onları narahat edə bilər (spam olur). Üstəlik bu tətbiqin verdiyi məlumat heç bir işinizə yaramayacaq.

Uzun sözün qisası, bu tətbiqləri sınağınıza dəyməyəcək. Çünki heç biri, doğru məlumatı sizə təqdim edə bilməməkdədir. Hətta başınıza gizlilik problemləri kimi fərqli problemlər aça biləcəyi üçün onlardan uzaq dayanmaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir