fb

“Facebook”dan şok yenilik

Baxış sayı: 2. 566

Milyard yarıma yaxın fəal istifadəçisi olan “Facebook” daha bir yenilik etməyə hazırlaşır. Ən böyük sosial şəbəkə ölən istifadəçilərin hesablarının üzərində işləyir.

İndi “Facebook” istifadəçilərinə öləndən sonra hesablarını kimə miras qoyacağını soruşacaq. “Legacy Contact”- yəni, “Miras müqaviləsi” adlanacaq yenilik menüdəki hesabların təhlükəsizlik hissəsində yerini alacaq. Burdan seçim etməklə istifadəçi öləcəyi təqdirdə, profilinə kimin nəzarət edəcəyini seçə biləcək. Profilin əsl sahibinin öldüyünü “Facebook” müəyyən edərsə, seçilən şəxs rəsmləri dəyişə, ya da hesabı tamamilə bağlaya bilir.

“Facebook” müdirlərindən biri olan Vanessa Kallison açıqlamasında bu sayədə ölən şəxsin yaxınları və ailə üzvlərinin onun hesabına asanlıqla nəzarət edəcəyini, mərhumu anmağa davam edə biləcəklərini deyib: “Hər nə qədər gözəl bir yenilik olsa da, ümid edirəm, heç kim tezliklə istifadə etməli olmaz”.

Hələlik yenilik ancaq Amerikada yaşayan istifadəçilər üçün aktivləşdirilib. Yaxın zamanda bütün dünyada tətbiq ediləcəyi gözlənilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir