Orqanizm üçün faydalı meyvələrdən biri də armuddur.Onun tərkibində vitaminlər, minerallar, qidali liflər, orqanik turşular və s. faydalı maddələr var.
Armud qidalı liflərlə olduqca zəngindir. Bu liflər bağırsaqların normal fəaliyyətinə kömək edir, bağırsaqları təmizləyir, qəbizliyin qarşısını alır.
Eyni zamanda bu meyvədə fol turşusu (B9 vitamini) çoxdur. Bu vitamin insanın qanyaratma sistemi üçün çox vacibdir. Həmçinin fol turşusu hamiləlik zamanı ən vacib vitamin sayılır. Bu vitamin döldə anadangəlmə qüsurların inkişafının qarşısını alır. Armud kaliumla, C, K vitaminləri ilə zəngindir. Bu mineral ürək üçün olduqca faydalıdır, ürəyin fəaliyyətini yaxşılaşdırır, ritmini tənzimləyir.