pul

Fenq-şui qaydalarına əsasən varlanmağın 10 sirri

Baxış sayı: 1. 120

Sərvət cəlb etmək üçün fenq-şuinin incəliklərinə bələd olmaq yetər. Fenq-şui insanlarla onları əhatə edən əşyaların, təbiətin harmoniyasını, bağlılığını öyrənən qədim Çin elmidir. Müxtəlif xalqların nümayəndələri ondan bu gün də geniş yararlanır. Fenq-şuinin təsir gücü artıq 4 min ildən çox yaşamağa və insanları ruhlandırmağa davam edir.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən oxucuları fenq-şuidə pulla bağlı olan bir neçə inancla tanış edir.

 

1. Mətbəx və dəhlizi təmiz saxlayın. Çirkli yerlərə pul gəlməz.

2. Bədxərcliyə yol verməmək üçün maaşın ilk günündə pul xərcləməyin. Onları bir qutuya və ya seyfə qoyun. İkinci gündə az miqdarda xərcləməyə başlaya bilərsiniz.

3. Cüzdanda qırmızı və ya qırmızı dekor elementləri olmalıdır.

4. Cüzdanınıza lazımsız heç nə qoymayın, yalnız pul və plastik kartlar. Foto, çek və digər kağızları yığışdırın.

5. Əsginasları nominal dəyərindən asılı olaraq ardıcıllıqla düzün.

6. Pulları yalnız təmiz əllərlə və səhər saymaq məsləhətdir.

7. Pul cəlb etmək üçün varlı adamdan pul istəyin və xərcləməyin. Bu istənilən miqdarda ola bilər, ancaq zəngin ölkənin valyutası daha yaxşıdır.

8. Özünüzü ən azı iki istiqamətdə inkişaf etdirin: peşədə və maliyyə bazarında pul qazanmaq bacarığında. Unutmayın ki, pul özü ilə daha çox pul gətirir.

9. Cüzdanın özünə diqqət yetirin. Təmiz və yeni olmalıdır. Pul köhnə cüzdana gəlmir, çünki görünüşlə yoxsulluğu simvollaşdırır.

10. Alınan pulu (100%) aşağıdakı nisbətdə paylamaq tövsiyə olunur: 50% – yaxşı bir iş üçün bağışlayın, 25% – gözlənilməz xərclər üçün ayırın, 10% – ehtiyacı olan qohumlar üçün və 15% – özünüzə xərcləyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir