Sosial şəbəkələr hazırda əhatəliliyinə və imkanlarına görə hər bir istifadəçinin sərbəst fikir, rəy bildirmə yeri olduğundan onun biznesə də təsiri fərqlidir. Biznes səhifələr təkcə reklam üçün deyil həm də ictimai rəyin öyrənilməsinə xidmət edir. Niyə görə şirkətinizin “feysbuk” səhifəsi olmalıdır və buna xüsusi diqqət yetirməlisiz?
“Gencaile.az” Publika.az-a istinadən bu məsələ ilə bağlı tibbi PR-marketologiya üzrə ekspert Bəhruz İsmayılzadənin mövqeyini təqdim edir: “Son günlərdə «feysbuk»la bağlı “maraqlı” yanaşmalar meydana gəlməkdədir. Yerli biznes nümayəndələri və öz xidmətlərini təklif edən peşə sahibləri «feysbuk» səhifəsinin tanıtım üçün mənasız olduğunu, effektini itirdiyini və oradan satış gəlmədiyini qeyd edirlər. Bir çoxları hələ də flayer, buklet çap etdirib çöldə paylatmağa, ya da TV, radio reklamlarına və s. reklam daşıyıcılarına üstünlük verirlər. Amma hər şirkətin və ya hansısa sahə üzrə peşəkar xidmət təklif edən insanın gücü çatırmı bahalı TV və radio reklamı sifariş verməyə? Təbii ki, yox”.
Ekspert «feysbuk» biznes səhifənizin 10 faydasını təqdim edir.
Potensial müştəri ordusunun olması.
“Feysbukun” dünya üzrə 1.9 milyard, Azərbaycan üzrə 1,75 milyon istifadəçi var (onun da 1,35 milyon nəfəri Bakıda yaşayır). Əlavə nəsə deməyə ehtiyac var? Əgər Sizin biznesiniz «feysbuk»dan müştəri əldə edə bilmirsə, o zaman ozünüzə yeni biznes ideyası tapın…
-
Potensial müştəri bazası toplayın