toy

Fotoqrafınızdan nələri soruşmalısınız? 10 kritik sual

Baxış sayı: 1. 723

Axtardığınız professional fotoqrafınızı tapdınız. Bəs ondan nələri soruşmalısınız? 10 kritik sual!

Nə cür çəkimlər edirsiz?

Foto və ya video ilə bütün gün toy “filmi”, çöl məkanlarda təxminə 2 saatlıq bəy-gəlin portret çəkimləri, toydan sonra gəlinliyinizi istədiyiniz kimi kirlədərək “Trash the Dress” çəkimləri kimi bir çox fərqli seçiminiz olduğunu unutmayın.

Çəkim məkanlarınız haralardır? Bizim seçdiyimiz məkanda çəkimlər edirsinizmi?

Çöl məkanlar üçün bir araşdırma aparın. Toy məkanınıza ən uyğun və ya yaxın yerə sahib olan yeri seçməyiniz işinizi asanlaşdıracaq.

Fotosesiyaya qatılan adam sayı və həftə içi və ya həftə sonu olması qiymətə təsir edirmi?

Çəkimlərdə hansı avadanlıqlardan istifadə edirsiz?

Fotosesiya zamanı işıq, reflektor, tripod və fərqli linzalar istifadə olunması çəkimlərin daha keyfiyyətli çıxması baxımdan çox önəmli. Bundan başqa fotoaparat 18 megapiksel və ondan çox olmalıdır.

Çəkimlərdə necə aksesuarlar istifadə edə bilərik?

Fotosesiya zamanı eynək, maskalar, şar kimi aksesuarlar istifadə edən fotoqraflar da var, bu işə qarışmayan və aksesuar seçimini tamamilə sizə buraxan fotoqraflar da…

Fotosesiya zamanı yanınızda əlavə bir fotoaparat olacaqmı?

Bir çox fotoqrafın yanında əlavə linzalar olur, amma əsas aparatda bir problem çıxsa həmin gün fotosesiyanın ləğv olunması demək olduğundan yanlarında əlavə bir fotoaparat gətirdiklərindən əmin olun.

Çəkilən bütün fotoları verisiniz yoxsa bəlli sayda fotoları?

Bəzoi fotoqraflar həmin gün nə qədər foto çəkdisə – bəzən bu 1000 ədəd də ola bilər – hamısını təhvil verir. Bəziləri isə özləri müəyyən etdiyi sayda fotoları sizə verir.

Fotoları hansı formatda təqdim edirsiniz?

Texnologiya nə qədər inkişaf etsə də, risk həmişə var. DVD formatındakı fotolarınıza bir zərər gəlməsi ehtimalına qarşı tab olunmuş formatda albomunuzda saxlayın.

Albom keyfiyətini, albom paketlərini və qiymətini öyrənin.

Kağızın qalınlığı və növü, rəngləri və s. mövzularda pis surprizlərlə qarşılaşmayasınız deyə albom nümunələrinə baxın.

Fotolar işlənmiş yoxsa original təslim edirsiniz və nə zaman fotoları ala bilərik?

Fotolar photoshopla işlənərək yoxsa original verildiyiniz öyrənin. Xüsusi bir tələbiniz varsa, söyləyin. (Menimtoyum.az)

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir