Ratatuy

Fransız mətbəxindən şah əsər: Ratatuy resepti

Baxış sayı: 467

Fransız mətbəxi olduqca məşhurdur. Fərqli-fərqli dadları ilə seçilir. Bu gün Fransa mətbəxinə aid olan ratatuy reseptini sizə təqdim edirik:

Ərzaqlar:

1 ədəd badımcan

1 ədəd balqabaq

2 ədəd pomidor

1 ədəd qırmızı bibər

1 ədəd yaşıl bibər

1 ədəd soğan

3 diş sarımsaq

2 xörək qaşığı zeytun yağı

1 çay qaşığı duz

1/2 çay qaşığı qara istiot

1/2 çay qaşığı kəklikotu (isteğe bağlı olaraq reyhan da olar)

Pomidor sousu üçün:

3-4 ədəd yetişmiş pomidor

1 diş sarımsaq

1 xörək qaşığı zeytun yağı

Bir çimdik duz və şəkər

Hazırlanma qaydası:

1. Pomidor sousunu hazırlayın:
Pomidorları rəndələyin və tavaya əlavə edin. Zeytun yağı və əzilmiş sarımsağı əlavə edin. Duz və bir az şəkər səpib 10-15 dəqiqə bişirin. Hazır sousu soba qabının dibinə yayın.

2. Tərəvəzləri doğrayın:

Badımcan, balqabaq, pomidor və bibərləri eyni qalınlıqda (təxminən 0.5 sm) dairəvi şəkildə doğrayın.

3. Dizayn edin:
Sobaya girən dərin bir qabın dibinə pomidor sousunu tökdükdən sonra doğranmış tərəvəzləri növbə ilə (məsələn: badımcan – balqabaq – pomidor – bibər) spiral şəklində düzün.

4. Üzərinə ədviyyat əlavə edin:

Duz, istiot və kəklikotu səpin. Zeytun yağını üzərindən gəzdirin. Sobanı 180°C-də əvvəlcədən qızdırın. Üzərini folqa ilə örtüb 30 dəqiqə bişirin. Sonra folqanı çıxarıb əlavə 15-20 dəqiqə də bişirin ki, üstü azca qızarsın.

Servis tövsiyəsi:
Ratatuy tək başına vegetarian yeməyi kimi təqdim oluna bilər, ya da qızardılmış çörək və ya düyü ilə süfrəyə verilə bilər. İsti və ya ilıq şəkildə əla dad verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir