Bahar gəldiyinə görə, artıq hər kəs yay haqqında xəyallar qurmağa başlayıb. Yumşaq trikotaj jaketlər və yay sarafanların birliyi əsl yazın geyimidir. İsti günlərdə istifadə etdiyimiz paltarların sayəsində yay havası daha erkən gələcək. Ən azından blogerlər buna cəhd edir.
Baharın romantik aurasından ilham alan fransız modapərəstləri yay geyimlərinə çoxdan keçib. Güllü sarafanları onlar rahat jaketlərlə birləşdirməyə üstünlük verir. Bakı küləyi yay geyimlərinə keçməyə imkan verməsə də, instaqram blogerlərinin dəbli görünüşü təkrarlamaq üçün havaların isinməsini gözləməyə dəyməz. Ən azından hələlik üstünüzə palto ata bilərsiniz.
İnfluserlərin əsas seçimi düyməli və xalat donlar üzərindədir. Onların əsas xüsusiyyəti güllü olmasıdır. Belə donlara istənilən markanın kolleksiyasında istənilən qiymətdə rast gələ bilərsiniz. Obrazın ahəngdar və incə alınması üçün fransız modapərəstləri jaketlərin daha çox pastel tonlarını seçirlər.
Belə bir dəsti səndəl və ya idman ayaqqabısı ilə tamamlamaq olar. Hər halda qış modellərinə diqqət çəkmək daha məqsədəuyğundur. Üsyankar bir ruh qatmaqdan qorxmayın, çəkmələrin həm incə, həm də kobud versiyaları eyni dərəcədə effektiv təsir buraxacaq.