İnqilabçı Koko Şanel bir çox yaradıcılıq ideyalarını kişi qarderobundan götürüb. Onlardan biri də ikirəngli tuflilərdir. Koko Şanel əslində özü üçün icad etdiyi bu unikal model 1957-ci ildə çıxıb, amma onlar hələ də qadın zərifliyinin rəmzi olaraq qalıb. Qara burunlu və açıq dabanlı bej rəngli ayaqqabılar yaz-yay aylarında mütəmadi olaraq trendə çevrilir. Demək olar ki, hər bir fransız qadınının belə bir ayaqqabısı var. Və bu modelin oxşarını sadəcə lüks markanın kolleksiyasından deyil, bir çox demokratik brendlərin mağazalarından da tapmaq mümkündür.
Qaraburunlu bu modellər müxtəlif görüşlər, teatrlar , kurort şəhərciyində gəzintilər üçün idealdır. Onlar həm şalvarla, həm işgüzar kostyumla, həm də axşam paltarı ilə eyni dərəcədə təsirli görünür. Sizə sadəcə öz büdcənizə uyğun variantı tapmaq qalır…