frenc

Frenç yenidən dəbdədir

Baxış sayı: 423

Hər zaman aktual olan manikür fransız manikürü, yəni frenç, bütün dövrlərin dəbinə tab gətirmiş klassikadır. O, həm klassikliyi qoruyur, həm də hər mövsüm yeni formalar və yanaşmalarla təzələnir. Xüsusən yay aylarında eksperiment etməyə fürsət çoxdur.

Beləliklə, bu dəbi təqdim edirik:

 

Avqust ayında hansı frenç dəbdə olacaq?

Rəngli frenç

Tək bir rəng seçə bilmirsiniz?

O zaman hər dırnaq üçün fərqli rəng tətbiq edin! Mavi, sarı, bənövşəyi, çəhrayı, narıncı və ya nanə rəngləri seçim sizindir. Həm əyləncəli, həm də yay üçün idealdır.

 

Meyvə, giləmeyvə və ya çiçəkli frenç

Yay əhval-ruhiyyəsi qatmaq istəyirsinizsə, klassik ağ və ya rəngli frençə sevdiyiniz giləmeyvə, meyvə və ya çiçək rəsmləri əlavə edin. Əgər çox bəzəkli görünməsini istəmirsinizsə, sadəcə bir dırnaqda vurğulu naxış yetərli olacaq.

 

Tərsinə və ya asimmetrik frenç

Əgər klassik frençdən bezmisinizsə, tərsinə frenç (məsələn, dırnaq kökündə rəngli xətt) cəlbedici və trend görünəcək. Asimmetrik və ya “qırıq xəttli” frenç isə yüngüllük və fərqlilik axtaranlar üçün idealdır. Parlaq və fərqli rənglərlə bu stil daha da ön plana çıxır.

 

Qradientli frenç

Bu üsulda fransız manikürünün klassik formasına rəng keçidləri əlavə olunur. Yay üçün ideal rəng kombinasiyaları:

Çəhrayıdan ağ rəngə

Parlaq narıncıdan sarıya

Göydən açıq mavi tonlara

 

Tünd yaşıl rəngdən açıq yaşıl çalara qədər keçidlər. Franç manikürü həm zərif, həm də yaradıcı görünmək istəyənlər üçün bu yay yenə də vazkeçilməzdir.

 

Xədicə Əfqan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir