KORPE

Gələn il doğulan uşaqların sayında azalma gözləniləndirmi?

Baxış sayı: 784

Dünyada, o cümlədən ölkəmizdə koronavirusa yoluxanların sayı artmaq üzrədir. Bu çətin və təhlükəli dövrdə cəmiyyətimizdə maraqlı bir rəy formalaşıb. Bəzi yanaşmalara görə, gələn ilin bu zamanı ölkəmizdə dünyaya göz açan körpələrin sayında azalmalar müşahidə oluna bilər.

Toplumun belə yanaşmasına əsas səbəb koronavirus pandemiyası ilə əlaqədardır. Təəsüf ki, ölkəmizdə də virusa yoluxan hamilə qadınlar var. Bu baxımdan dünyaya uşaq gətirmək istəyən xanımların bu işi planlı şəkildə həyata keçirəcəyini iddia edənlər olur.

 

Cərrah, mama-ginekoloq Fəxranə Hüseynzadə gələn ilin bu zamanı dünyaya gələn körpələrin sayında azalma olacağını düşünmür. Həkimin sözlərinə görə, hələ ki, hamilə qalan xanımlar çoxdur:

“Amma elə xanımlar da var ki, hamiləliklərini planlayırlar. Bir müddət koronavirusun bitməsini gözləyirlər. Məhz gələn ilin yayında doğulan uşaqların sayında ciddi azalmaların olacağını ehtimal etmirəm.

Azalma olsa da, bu 2021-ci ilin yayına yox, qışına və yaz ayına təsadüf edə bilər. Bu məqamda dəqiq fikir söyləmək də olmur, bunları gələcək göstərəcək. Amma pasiyentlərim var ki, uşaq düşünürdülər, lakin virusla əlaqədar planlı hərəkət edirlər. Buna baxmayaraq karantin rejimində hamilə qalıb uşaq dünyaya gətirmək istəyənlər də çoxdur.

Heç kəs bilmir,  pandemiyanın sonu necə olacaq. Təəssüf ki, insanların bəzisi virusa inanmırlar. Baxmayaraq ki, vəziyyət pisdir, xəstəxanalar doludur. Amma pandemiyanı ciddi qəbul etməyənlər var”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir