Adətən bu gün geyinilən gəlinliklər ağ rənglidir. Bəs niyə ağ rəngli? Heç bu haqda düşündünüzmü?
Toy mərasimlərinə xüsusi geyimlərin hazırlanması və digər toy hazırlıqlarının görülməsi Qədim Roma dövrünə məxsusdur. Qədim Romada gəlinliklər sarı rəngdə olurdu və gəlinlər sarı rəngli duvaq taxardılar. Evli və subay qadınlar başlarına taxdıqları duvaqla bir-birindən seçilirdi. Orta əsrlərdə isə gəlinliyin rəngi vacib deyildi. Vacib olan keyfiyyət və xüsusi görünüşlü olması idi. Rəng isə xanımların istəyində görə seçilirdi.
Lakin gəlinliklərdə ağ rəngin adət halına gəlməsi 16-cı əsrdən başladı. Həmin illərdə kral ailəsində gümüşü rəngli gəlinlik geyinilirdi. Lakin Kraliça Viktoriya ağ gəlinlik geyinməyi təkid etməklə onun populyarlığını artıraraq adət halını almasına səbəb olub.
Artıq 17-ci əsrdə ingilis və fransız yazarlar ağ rəngin mənası ilə bağlı bəzi yazılar yazmağa başladılar. Onlar ağ rəngin məsumiyyəti simvolizə etdiyini vurğulayırdılar.
17-ci əsrin adətlərinə görə, bakirəlik evlilik üçün vazkeçilməz qəbul edilir və ağ gəlinliyin ailə quran qızın məsumiyyətini simvolizə etdiyinə inanılırdı. Bir sözlə, həmin dövrdə ağ gəlinlik evlənən qızların bakirəliyini cəmiyyətə elan etməsi üçün simvol olaraq qəbul edilmişdi.
Hətta bir çox adətlərdə gəlinliklə bağlı batil inanclar da mövcuddur. Məsələn; qızların öz gəlinliklərini tikməsi, toydan əvvəl bəyin gəlini gəlinlikdə görməsi, gəlinin toydan əvvəl gəlinlik geyinməsi kimi hərəkətlərin qurulacaq ailə üçün uğursuzluq gətirəcəyinə inanılır.