İnternet vasitəsilə oynanılan kompüter oyunu 6 ay içərisində 130 gəncin həyatına son qoyduğu üçün araşdırma başladılıb. “Mavi Balina” adlı oyunda oyunçular 50 təlimatı yerinə yetirmək məcburiyyətindədirlər. Görünüşünə görə təlimatların bəziləri də ölümə səbəb olur.
“Gencaile.az” sizə “Mavi Balina” haqqında faktları təqdim edir.
Rusiyada yaradılan bu oyunla bağlı hazırda yerli hüquq-mühafizə orqanları araşdırma aparır. 130 gəncin həyatına son qoyan bu oyun ən son İrkutskda can alıb. 16 yaşlı Veronika Volkova bu oyun ucbatından həyatına son verib. Veronikanın 15 yaşlı rəfiqəsi də bir neçə ay öncə bu oyuna görə intihar etmişdi. Və həmin qız ölmədən öncə sosial hesabında mavi balina şəkili paylaşaraq “Son” deyə status yazmışdı.
Veronika da ölmədən bir neçə saat öncə “Duyğularım itib” deyə fikirlər yazıbmış. Onun bundan əvvəl yazdıqları arasında “Yavaş-yavaş işə yaramaz bir hala gəldiyinizi hiss edirsinizmi?” “Mən sadəcə bir ruham” kimi cümlələr də yer alır.
“Siberian Times” qəzetiin verdiyi məlumata görə, hadisədən iki gün öncə Rusiyanın Çita şəhərində də 14 yaşlı qız özünü qatarın altına ataraq həyatına son vermişdi.
İntiharla bağlı araşdırma aparan polislər bu intiharın da “Mavi Balina” oyununa görə olduğunu təsdiqləyib. Araşdırmalar zamanı intihar edən 130 gəncin internet üzərində qurulan qrupda bir yerdə əlaqədə olduqları da üzə çıxıb. Bu gənclərin əksəriyyəti də mədəni və maliyyə vəziyyəti yaxşı olan ailələrə aid olublar.
Bu intiharlarla bağlı Rusiya istintaq komitəsi açıqlama verərək, “Yulia və Veronikanın ölümləri ilə əlaqədar bir ‘intihara təşviq’ ehtimalı üzərində araşdırma başladılıb və xüsusilə internet üzərindəki ‘ictimai əlaqələrinə’ son veriləcək” deyə vurğulayıb.
Bu iki rəfiqənin intiharını telefonla videoya çəkərək saxladıqları iddia edilən 2 gənc oğlan da polis tərəfindən həbs olunub. İstintaq komitəsi məsələ ilə bağlı geniş şəkildə araşdırmalara başlayacağını da deyib. Sosial şəbəkələrdə “intihar oyunu” adlandırılmağa başlayan bu oyunun sahibinin 21 yaşlı gənc Filip Budeikinin olduğu iddia edilir. Oyun və oyunla bağlı internet üzərində bir neçə virtual qrup yaratdığına görə 21 yaşlı gənc həbs edilib.
Oyunun qaydaları:
İddialara görə, “Mavi Balina” oyununda oyunçular müəyyən təlimatları yerinə yetirirlər və bunlardan bəziləri intihara qədər gedə bilir.
Rusiya mətbuatının yazdığına görə, “Blue Whale” oyunu gənc oyunçulara intiharın toxumlarını əkir. Məsələn, oyunda yaxınlaşan bir qatar göstərilir və “Bu dünya bizim üçün deyil” cümləsi ekrana gəlir. Ayrıca oyunda bir binanın təpəsinə çıxmış gənclərin fotoşəkilinin altında “Biz ölü bir nəsilin uşaqlarıyıq” cümləsi də çıxır. Bu oyunu oynayan gənclər qollarına balina şəklini cızırlar.
Oyunun internet səhifəsində “Özünüzü nə qədər sıxıcı günlər yaşamağa məcbur edəcəksiniz” kimi suallar verilir. Bu oyunu oynamağa alışan gənclər davamlı şəkildə qorxulu filmlərə baxır və gecə 4-5 radələrində yatırlar. Oyunu oynamağa başladıqları gündən 50 gün sonra intihar mərhələsinə çatırlar. Belə ki, davamlı şəkildə oynanılan bu oyunda 50-ci gündən sonra intihara təşviq edən tələblər meydana gəlir. Çox təəssüf ki, gənclərin 99 faizi bu tələbləri yerinə yetirirlər.