Tərkibi:
2 kq gavalı (uzunburun)
1.600 qram şəkər tozu
1/2 stəkan su
Hazırlanması:
Gavalıları təmiz yuyuruq. Daha sonra çəyirdəklərini çıxarıb sobanın üstünə qoyub buraya yarım stəkan su tökürük.
Yumşalana qədər zəif temperaturda bişiririk. Bişdikdən sonra kənara qoyuruq ki, soyusun. Tam soyuduqdan sonra aşsüzəndən keçiririk ki, qabıqları çıxsın. Qabıqlarını təmizlədikdən sonra yenidən sobanın üstünə qoyub zəif temperaturda qatılaşana qədər bişiririk. Bişərkən tez-tez qarışdırmağı unutmayın.
Nuş olsun!