IS

GECƏ NÖVBƏSİNDƏ İŞ ömrün 6 il qısalmasına səbəb olur

Baxış sayı: 1. 068

Təbii işıq qıtlığı çoxumuz üçün aktualdır, amma gecə növbəsində işləyənlər üçün bu, xüsusilə böyük problemdir.

Mütəxəssislərin qənaətinə görə, həmin şəxslər günün elə vaxtı işləyirlər ki, bioloji saatları onların orqanizmini artıq yatmağa hazırlayır və buna görə də diqqəti cəmləmək və işləmək qabiliyyətləri aşağı düşür.

Bu rejimdə çalışan insanlar yuxu ehtiyacını gündüz saatlarında ödəməyə çalışırlar, amma belə yuxu qısa və aşağı keyfiyyətli olur.

Faktiki olaraq elə alınır ki, gecə növbəsində insanlar yuxulu vəziyyətdə işləyirlər, yatmağa hazırlaşanda isə orqanizmləri artıq ayılmağa hazırlaşır. Belə uyğunsuzluğun sağlamlığa necə neqativ təsir etdiyini biz hələ indi tam anlamağa başlayırıq.

Yaxın perspektiv üçün bu, qeyri-adekvat emosiyalar və informasiyaları dərk etmək problemi deməkdir.

Uzaq perspektivdə isə gecə növbələri müxtəlif sağlamlıq problemləri yarada bilir, bu da öz növbəsində insan ömrünün 6 il qısalmasına gətirib çıxarır.

Məlumdur ki, gecə növbəsində çalışanların 97 faizi neçə il keçməsindən asılı olmayaraq bu rejimə alışa bilmir.

Bu insanlar bioloji rejimlərini dəyişə bilmirlər, çünki ofislərdə və istehsal müəssisələrindəki işıq təbii işıqdan dəfələrlə tutqun olur. Hava xoş olan günlərdə günorta saatlarındakı təbii işıq ofis işığından 250 dəfə parlaqdır.

Gecə növbəsində çalışan şəxs işdən çıxıb evə gedəndə onun daxilindəki sinxronlaşdırma sisteminə ayılmaq xəbərdarlığı göndərən parlaq işığın altına düşür.

Harvard Universitetində belə bir eksperiment aparıblar: gecə növbəsində çalışan insanlar orda parlaq işığın təsiri altında qalandan sonra gecə həyat tərzinə keçiblər, gündüzlərsə onları təbii işıqdan tamamilə izolə ediblər.

Ancaq praktikada bu variant insanların çoxuna uyğun gəlmir.

Qocalar evində yaşayanlar da günəş işığının azlığından əziyyət çəkirlər.

Orda daxili işıqlandırma xeyli tutqun olur, günəş işığını çox az qəbul etmələri isə yuxusuzluq problemi yaradır.

Hollandiyada aparılmış bir araşdırma zamanı qocalar evindəki bütün ümumi istifadə yerlərində işıqlandırmanı xeyli dərəcədə artırıblar, yataq otaqlarında isə mümkün qədər işıqkeçirməz vəziyyət yaradıblar.

Nəticədə insanlar günortalar daha az yatmağa başlayıblar, gecə yuxularının keyfiyyəti artıb və bu da onların koqnitiv bacarıqlarını və ümumi ovqatlarını yüksəldib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir