yuxu

Gecə yata bilməyənlər: BUNU ETMƏYİN

Baxış sayı: 1. 074

Mütəxəssislər pandemiya dövründə yuxusuzluq probleminin daha da artdığını bildirib.

Beyin və əsəb cərrahiyyəsi həkimi Tuğba Sema Yıldız, virusla bağlı yayılan yeni və neqativ xəbərlərdən, sosial media paylaşımlardan uzaq durmağı tövsiyyə edir:

“Yuxu insan ömrünün böyük bir qismini əhatə edir. Bu vacib ehtiyacı ödəyə bilməyimiz, digər həyati funksiyalar üçün də olduqca önəmlidir. Müxtəlif insanlarda yuxu saatları fərqli olur”.

Xroniki bir xəstəliyi olmayan sağlam insanlarda yuxu problemini aradan qaldırmaq üçün “yuxu gigiyenası”nın vacibliyini vurğulayan Yıldız bildirib ki, bu zaman yuxuya getməyi çətinləşdirən amillər nəzərdən keçirilir. Axşam saatlarında yuxu rejminə təsir edəcək yemək-içməkdən və elektrik əşyalarından mümkün qədər uzaq durmaq lazımdır. Gec saatlarda istifadə edilən spirtli, yaxud kafeinli içkilər, enerji içkiləri, yüksək kalorili və karbohidratla zəngin qidalar yuxuya getməyi çətinləşdirə bilir. Eyni zamanda televizor, kompüter və mobil telefonlardan istifadə də buna birbaşa təsir edir.

Həkim onu da qeyd edib ki, pandemiya dövründə yeni xəbərləri tez-tez oxumaq yaxşı olsa da, həqiqətə uyğun olmayan xəbərlərlə qarşılaşmaq psixologiyamıza mənfi təsir göstərir. Bu da öz növbəsində gərginlik və stress yaradır. Son zamanlar buununla bağlı yuxu problemləri də tez-tez ortaya çıxır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir