İnsan bədəninin, beyninin sağlamlığı üçün, gündüzlər özümüzü gümrah və daha güclü hiss edə bilməyimiz üçün gecələr yuxu rejiminə diqqət etmək vacibdir.
Cihazlardan gələn işıq günəş şüaları ilə eyni effekti verir. Onlar beyinə möhkəm yatmağa imkan verən melatonin hormonu istehsalını dayandırır. Yəni gecələr qaranlıq otaqda belə smartfon telefonlardan istifadə etsək, beyin bunu gündüz işığı kimi qəbul edir. Və həmin vaxt beyinə siqnal gedir ki, hələ yuxunun vaxtı deyil. Halbuki bədən yorğundur və istirahət tələb edir. Bu ziddiyyətlər üzündən biz yatmağa və oyanmağa çətinlik çəkirik, lakin yeganə problem təkcə bu deyil.
Oxucuları hər kəsin sevimli cihazı olan telefonların bədən və beyinə verdiyi təsirlərlə tanış edirik.
Zəhərlərin toplanması
Gün ərzində orqanizmində neyrotoksinlər toplanır, biz onlardan uzun yuxu fazası zamanı xilas oluruq. Melatonin və digər hormonların istehsalının pozulması səbəbindən yuxusu dövriyyəsi pozulur, buna görə də gecə boyu narahat və az yatırıq. Bu, bədəndə zəhərlərin yığılmasına, o isə öz növbəsində baş ağrısı, sinir sisteminin pozulmasına və stressə gətirib çıxarır.
Öyrənməkdə çətinlik
Daim smartfonun əsirliyində olduğumuz və sosial şəbəkələrdə çox vaxt keçirdiyimiz üçün beyin lazımsız informasiyalarla dolur, bu səbəbdən də yeni məlumatı qavramaq bizim üçün çətin olur. Məsələ ondadır ki, dolu beyin bütün gün ərzində öyrənməyə çalışdığımız təzə məlumatı sadəcə olaraq mənimsəməyə macal tapmır.
Yaddaşın pozulması
Durmadan yeni informasiya qəbul etmək beyini yükləyir. Nəticə etibarı köhnə məlumatları da xatırlamaq bizim üçün çətin və mürəkkəb olur. Bunu bir növ nizamsızlığın hökm sürdüyü paltarlarla dolu şkafa bənzətmək olar. Biz orada lazım olan geyimi tapmaqda çətinlik çəkirik, buna xeyli vaxt və qüvvə sərf etmək lazım gəlir.
Aclıq
Yuxunun və ardınca melatonin pozulması, istirahət vaxtının azaldılması daxili orqanlarının fəaliyyətinin pozulmasına səbəb olur. Məsələn, bağırsaq və mədə. Beyin oyaq bədən isə yorğun olduğu üçün beyinə əlavə enerji zəruriliyi barədə siqnal göndərilir. Biz nəsə yeməyə ehtiyac hiss edirik, halbuki belə olmamalıdır. Bu, həzmlə bağlı böyük problemlərə gətirib çıxara bilər.
Görmə qabiliyyətinin pozulması
İşıqları söndürülmüş otaqda televizora baxmaq xüsusilə ziyandır. Televizor, planşet və smartfonların göy işığı gözlərin tor qişasına təsir göstərir və ona ziyan vurur. Bu zaman təkcə gözlərin quruluşu deyil, həm də əsəb qıcıqlanır. Nəticəni isə bu cümlə çox dəqiq ifadə edir: “Ah, gözlərim yorulub”.
Alimlər apardığı araşdırmada müəyyən ediblər ki, qadjetlərlə (Smartfon, pleyer, planşet kompüterlər) heç olmasa yatmazdan 2 saat qalmış sağollaşmaq lazımdır. Bu zaman beyin başa düşür ki, gecə vaxtıdır, sizi keyfiyyətli və sağlam yuxuya hazırlaşdırır.