Alimlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, gecə növbəsində işləyən (məsələn, tibb bacılarının) insanların ürək-damar xəstəliklərinə tutulma ehtimalı daha çoxdur.
“Gencaile.az”ın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, gecə saatlarında işləyənlərin xərçəng və metabolizmin pozulması ilə bağlı xəstəliklərə tutulma riski daha çoxdur.
Alimlər təhlil üçün 189158 qadının xəstəlik tarixçəsini araşdırıblar. Araşdırmaçılar iddia edirlər ki, qadınlar gecə saatlarında ayda cəmi 3-4 dəfə işləsələr belə, bu, onların səhhətinə zərər verə bilər.
Onların sözlərinə görə, sutkanın qaranlıq vaxtında işləmək insanın bütün həyatı boyunca onuna səhhətinə mənfi təsir edəcək.