gecikme

Gecikmək problemini geridə qoymaq istəyirsənsə …

Baxış sayı: 1. 670

Bəzi insanlar artıq gecikməyi vərdiş halını alıb. Nə qədər çalışırlarsa çalışsınlar gecikməmək əllərində olmur. Əlbəttə ki, bu yaxşı xüsusiyyət sayılmır. Gözlətmək hörmətsizlik əlamətidir. Xüsusi ilə də bu hal daimə təkrarlanırsa, gözləyən şəxsdə şüuraltı olaraq gözlədənə qarşı xoşa gəlməzlər hisslər yaradır. Həmin adamla görüş onda üzücü, əziyyət verici hisslər yaradır və tədricən o, bu görüşdən yayınmağa başlayır. Artıq görüşə həvəslə və sevinə-sevinə getmir. Bəzən bu sevən cütlüklərin ayrılmasına da səbəb olur. Bu səbəb isə hər iki tərəf üçün gizli də qala bilər.

Yaxşı olar ki, təyin olunan yerə gecikməmək üçün vaxtı düzgün planlaşdırasız. Bunun üçün vaxtınızı hissələrə bölün. Misal üçün, əgər siz işə getməyə hazırlaşırsızsa, oyanmaq, idman etmək, yuyunmaq, geyinmək, səhər yeməyini yemək, evdən çıxmaq və başqa yerinə yetirməli olduğunuz məsələlərə görə nə qədər vaxtın tələb olunduğunu öyrənin. Buna uyğun olaraq vaxtınızı planlaşdırın. Lazım gəlsə bunun üçün zəngli saatı da qura bilərsiz.

Gecikməmək üçün yola sərf olunan vaxtı hesablayın. Həmin vaxta 10-15 dəqiqə də əlavə edin. Bunun sayəsində siz gecikməyəcəksiniz, həm də yolda müxtəlif hadisələr baş verə bilər. Əlavə 15 dəqiqə sizi həmişə xilas edəcək. Misal üçün, yolda qonşunuzu və ya çoxdan görmədiyiniz uşaqlıq dostunuzu görə bilərsiniz. Ona dərhal deməyəcəksiniz ki, mən tələsirəm, sonra danışarıq. Həmin 15 dəqiqəni ona, və ya başqa bir gözlənilməz hadisəyə sərf edə bilərsiniz.

Nəzərə alın ki, bəzi yerlərə getmək istəmədiyimiz üçün gecikirik. Misal üçün, çox adam həkimə getmək istəmir. Bunun üçün ya gecikir, ya da ora getməyi başqa günə planlaşdırır. Bu cür etməmək üçün sizi maraqlandıran və ya əyləndirən bir məşğuliyyət fikriləşə bilərsiz. Oxumağı sevənlər özü ilə maraqlı kitab götürüb vaxtından yarım saat tez qəbula gəlib gözləyərkən kitab oxuya bilərlər. Əlavə yarım saatı yaxınlıqdakı kafedə və ya parkda da keçirtmək olar.

Mütəxəssislər onu da məsləhət görür ki, dostlarınızdan gecikdiyiniz təqdirdə sizinlə amansız olmalarını xahiş edin: “Onlara deyin ki, sizi gözləməsinlər. Bu cəza sizi gecikməkdən xilas edə bilər. Bəzən hətta sizi səbrlə gözləyən bir nəfər sizdə gecikməyin vərdiş halına çevrilməsinə səbəb ola bilər”.

Gecikməyi tərgizmək üçün nəzərə alın ki, gecikməyin nadir hallarda bizə xeyri dəyir: “Hər adamın yəqin ki, gecikdiyi məqamları olub. Əgər siz çox tezt-tez gecikirsinizsə, bunun sizin üçün necə nəticələndiyini xatırlayın. Nə qədər də çətin olsa, “gecikdiyimə görə nələri itirmişəm?” sualına ətraflı düşünərək cavab verməyə çalışın”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir