GENC

Gəlin əvəzinə gəlincik

Baxış sayı: 1. 720

İngiltərədə 55 yaşlı kişi rezindən olan gəlinciklə evlənib. Everard C. adlı həmin şəxs, öz sözü ilə desək, “illərdir bir damın altında yaşadığı” qadınla evlənəndən sonra dinclik tapdığını vurğulayıb.

“İndiyədək qadınları heç cür anlaya bilməmişəm. Amma o, çox fərqlidir. Təkcə onun yanında rahatlıq tapıram”, -deyən Edvard yeni “həyat yoldaşı”ndan razılıq edib.

Qeyd edək ki, “Texnoseksual” və ya “iDollator” adlandırılan və şişirdilmiş qadınlara xüsusi marağı, istəyi olan bu tip insanların sayı dünyada getdikcə artmaqdadır. Bundan faydalanan şirkətlər də müştərilərin istəyinə və zövqünə uyğun, həqiqi qadına bənzəyən gəlinciklər hazırlayırlar.

Belə gəlinciklərin qiyməti isə 6 min dollarla 10 min dollar arasında dəyişir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir