Layihə rəhbəri, “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov bildirib ki, nəşrdə dövlətimizin ekologiya sahəsində gördüyü işlər, ekoloji maarifləndirmə ilə bağlı məlumatlar, bu sahə ilə bağlı qanunvericilik və s. əksini tapıb.
600 tirajla çap olunan kitab hazırda gənclər arasında pulsuz olaraq paylanılır.
Qeyd edək ki, bundan öncə layihə çərçivəsində Xəzərin Sumqayıt sahilində təmizlik aksiyası keçirilmişdi.