Gənc və gözəl qalmaq istəyənlər mütləq oxusun!

Baxış sayı: 1. 620
Bu il də Ramazan ayının yaya təsadüf etməsi uzun müddət oruc tutan və eyni zamanda da çalışan insanların metobolizmasının fəaliyyətində şübhəsiz ki, bəzi dəyişikliklərə səbəb oldu.
Ümumiyyətlə fəsil dəyişkənliyi orqanizmin bu funksiyasına təsirsiz ötüşmür. Metobolizmanın pozulması artıq çəki, qəbzlik, qaz, mədə ağrısı, həzmsizlik kimi problemlərə səbəb ola bilər.
Bəs bu problemlərdən qaçmaq üçün nə etməli? ANS PRESS problemdən çıxış yolunu təqdim edir.
Şirniyyatınız meyvəli və ya südlü olsun
Şərbətli şirniyyatlar un və yağla boldur. Bu isə yüksək kalorili deməkdir. Kalori bədəndə insulin müqavimətini artırır, bədənin enerji sərf etmək qabiliyyətini azaldır, xolestrolu artırır və ürəyə ziyan vurur. Buna görə, mümkün qədər şərbətli şirniyyatlardan qaçın. Əvəzində isə həm uzun müddət tox saxlayan, həm də ağzınızı dadlandıracaq südlü və meyvəli şirniyyat seçin. Amma bu onlardan gen-bol istifadəyə əsas vermir. Porsiyalar balaca olmalı və hər gün yeyilməməlidir. Həftədə 2-3 dəfə yeməyiniz kifayətdir.
Südlü və ya meyvəli şirniyyatların kalorisi daha azdır.
Hansı şirniyyat necə kaloridir?
1 orta ölçülü lokum = 60 kalori
2 ədəd paxlava = 435 kalori
2 top qaymaqlı dondurma = 110 kalori
Şərbətli şirniyyatlardan çox istifadə ölümə kimi apara bilər.
Hər gün 2,5-3 saat fasilə ilə qidalanın
Mümkün olduğu qədər gündə 3 dəfə əsas, 2 dəfə ara yeməklər yeyin. Metobolizmanın sürətini artırmaq üçün 2,5-3 saat fasilə ilə yemək qəbul etmək məsləhətdir. Az və tez-tez yeyərək bədənin şəkər və hormon balansını qorumaq olar.
Bu ara yeməklər metobolizmanı sürətləndirir.
– 4 ədə təzə ərik + 10 ədəd badam
– Tam buğdaçörəyi ilə mini pendirli sendviç + şəkərsiz çay
– 1 balaca kasa ləbləbi, kişmiş, fındıq
– 1 kasa qatıq + 3 yemək qaşığı yulaf əsməzi + 10-12 çiyələk
– bir dilim qarpız + 1 dilim pendir
Qarpız yayın ən yaxşı qida məhsuludur.
Proteini süfrədən əksik etməyin
Vitaminlə bol olan meyvə, tərəvəzi, yumurta, süd və süd məhsulları, axlalı məhsulları süfrənizdən əksik etməyin. Onlar ən yaxşı protein qaynağıdır.
Yeməklərin tərkibinin dəyişməməsi üçün onları qızartma yox, buğlama və ya soyutma formasında qəbul edin.
Yuxudan qabaq qayıq, badam yeyin
Çəkiyə nəzarət, sağlam həyat tərzi üçün yuxu faktoru çox önəmlidir. Araşdırmalar gündə 8 saat yatan insanların 7 və 6 saat yatanlarla müqayisədə daha kök olduğunu göstərir.
Əgər yata bilmirsinizsə və ya yuxuya getməkdə çətinlik çəkirsinizsə yatmadan iki saat qabaq qatıq, badam, banan, yulaf, kətan toxumu, çobanyastığı çayı qəbul edə bilərsiniz. Bu məhsullar orqanizmdə melatonin hormonunun səviyyəsini artıracaq.
Qatıq rahat yatmağa kömək edəcək.
Əzələ kütləsini artırın
Həftədə 3-4 dəfə 40-45 dəqiqəlik fiziki fəaliyyət mütləqdir. Bura qaçış, velosiped, yürüyüş, üzmə kimi idman növləri daxil ola bilər.
Plates, yoqa da bədənin əzələ kütləsinin artırılmasına kömək edə bilər. İdman həm də metobolizmanın normal fəaliyyəti üçün lazımdır.
Ağ çörəyin yerinə çovdar məhsullarına üstünlük verin.
Bu xətaları etməyin!
– Az maye qəbul etmək
– Az miqdarda meyvə tərəvəz yemək
– Şəkər, şirniyyat, şokolad kimi məhsullardan çox istifadə
– Yemək ötürmək
– Yemək üçün aclıq hissinin yaranmasını gözləmək
– Yeməkləri çeynəmədən, sürətlə udmaq
– Müntəzəm idman etməmək
– Müntəzəm yatmamaq



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir