Bir çox qadın alış-verişə gərək olduğundan daha çox pul xərclədiyini etiraf edir. Bəziləri isə əslində çox pul xərcləsə də, soruşduqda inkar etməyə davam edlr, bəlkə özləri də də bu gerçəyi qəbul etmək istəmir.
Geyimlərə istəməsə belə çox pul xərcləyən qadınlara tövsiyəmiz var.
“İlk olaraq nə üçün çox alış-veriş etdiyinizi anlayın və analiz edin. Alış-veriş sizi rahatladırmı?
Əgər alış-veriş səbəbiniz rahatlamaq isə, bunun daha sağlam və qənaətcil yollarını sınaya bilərsiniz.
Məsələn, idmanla məşğul olub, kitab oxuya bilərsiniz.
Pul planlaşdırması – Gəlirinizin yüzdə neçəsini paltar üçün ayıra bilərsiniz? Mütəxəssislər, aylıq gəlirin 5-8 faizinin paltarlara ayrılmasını uyğun görürlər. Və ya illik paltar büdcəsini ikiyə bölün. Yazlıq, qışlıq paltar alış-verişlərində nə qədər xərcləyə biləcəyinizi dəqiqləşdirin.
Geyim planı – Qarderobunuz üçün aşağıdakı əsas geyimləri təyin edin. Bu siyahıya qara paltar və qara ətək və pencək, həmçinin tünd göy rəngli ətəklə pencək dəsti daxildir. Bu növ paltarlar üçün istədiyiniz qədər aksessuar istifadə edə bilərsiniz.
Paltar detoksu – Şkafınızı təmizləyin.
Bir ildir geyinmədiyiniz və köhnəlmiş paltarları ayırın. Geyinmədiklərinizi internet üzərindən sata bilərsiniz. İstifadə etmədiyiniz geyimləri imkansızlara verə bilərsiniz.
Moda ilə uyğunlaşmaq – Artıq geyinmək istəmədiyiniz, modası keçmiş paltarları dərziyə apararaq yenilik qazandıra bilərsiniz. Məsələn paltarınızın üzərindən istəmədiyiniz qaşları çıxarda və ya əlavə edə bilərsiniz.
Alış-veriş sirləri – Alış-verişə çıxmazdan öncə:
Büdcənizi nəzərdən keçirin. Nə qədər xərcləyə biləcəyinizi düşünün. Siyahı hazırlayın.
Nəyə ehtiyacınız var?
Güvəndiyiniz dostlarınızlarından fikir ala bilərsiniz.
“Arıqlayanda geyinəcəm, ucuzkən alım” düşüncəsi ilə paltar almayın”.
Həqiqətən ehtiyacınız olan və geyinməkdən daim zövq alacağınız paltarları seçin.
Özünüzü tanıyın, tərzini anlayın. Paltarı geyinəcək olan, ən əsası isə paltara ruh, enerji, gözəllik verən sizsiniz.