Siz nə qədər xəbərdar etsəniz də əllərinə qələm düşəndə divarları, mebelləri, ya da xalçaları yazmaqlarına mane ola bilmirsiz. Bu ləkələri yalnız uşaqlar etmir. Qələm ləkəsi ilə iş yerində də rastlaşa bilərsiz. Köynəyinizin cibində olan qələmin mürəkkəbi axa, ən çox sevdiyiniz köynəyinizi ləkələyə bilər. Beləliklə, qələm ləkəsini təmizləməyin asan yollarını təqdim edirik:
Geyimlərdəki qələm ləkələri
Geyimlərinizə qələm ləkəsi düşdüsə ləkə çıxarıcılardan istifadə edə bilərsiniz. Ləkənin üzərinə ləkə çıxarıcı töküb gözləyin və sonra da durulayın. Bunu ləkə çıxana qədər təkrar edə bilərsiniz.
Bu üsulla çıxmırsa, südlə təmizləməyi sınayın: Bir qaba bir az süd tökün və geyiminizin ləkəli hissəsini südə qoyun. Bir gecə gözləyin. Sonra köhnə bir diş fırçası ilə ləkəli hissəni fırçalayın. Ləkə çıxdıqdan sonra geyiminizi paltaryuyan maşınında yuyun.
Divarlardakı qələm ləkələri
Divarlarınızdakı qələm ləkələrini təmizləmək üçün iki üsul var. Divarınıza saç spreyi püskürdün və yaşkən divarı silin. İkinci üsul isə ləkənin üzərinə diş pastası sürtüb köhnə bir diş fırçasının köməyilə ovun. Ləkənin çıxdığını görəcəksiniz.
Taxta əşyalardakı mürəkkəb ləkələri
Taxta əşyaların üzərindəki qələm ləkələrini çıxartmaq üçün spirtdən faydalana bilərsiniz. Ancaq bunu etməzdən əvvəl mebelin görünməyən bir küncündə təcrübədən keçirin, rəngində hər hansı bir dəyişikliyin olmadığından əmin olun.
Mebel üzərindəki qələm ləkələri
Parça mebelləriniz üçün süddən istifadə edin. Bir bezi südlə isladın və ləkənin üzərinə sürtərək ovun.
Xalça üzərindəki qələm ləkələri
Xalça üzərindəki qələm ləkələrini çıxartmaq üçün sirkədən istifadə edin. Ləkəli olan hissəyə ağ sirkə püskürdün və nəmli bir bezlə ovxalayın. Xalçanın rəngində solğunluğun olub-olmadığını bilmək üçün xalçanın bir küncündə sınaqdan keçirin.
Ağ taxta üzərindəki qələm ləkələri
Bu olduqca sadədir. Silgidən istifadə edə bilərsiniz.
Şüşə və dulusçuluq məmulatları üzərindəki qələm ləkələri
Bir qabın içində bir az karbonat (soda) və bir az diş pastasını qarışdırın. Ləkənin üzərinə sürtün və diş fırçası ilə ovun.