Geyimlərinizi uzun müddət təzə saxlayan qızıl qaydalar

Baxış sayı: 1. 695
  • Köhnəlmiş yun köynəklərinizi, geyinməmişdən 3-4 saat əvvəl soyuducuda dondurun. Buzu açıldıqdan sonra daha da yaxşı göründüyünü görəcəksiniz.
  • Eyni qaydanı cins şalvarlarınıza da tətbiq edə bilərsiniz.
  • Ayaqqabılarınıza parlaqlıq qazandırmaq üçün şüşə silən spreylərdən faydalana bilərsiniz.
  • Dəri ayaqqabılardakı ləkələri sirkə və diş fırçasının köməyi ilə yox edin.
  • Dəri ayaqqabını parıldatmaq üçün bez vasitəsilə nəmləndirici  kremdən istifadə edə bilərsiniz.
  • İdman geyimlərini yuyarkən yumşaldıcı istifadə etməyin.
  • Düymələrin üzərinə şəffaf dırnaq boyası çəkərək düşməsinin qarşısını ala bilərsiniz.
  • Kapron corabların üzərinə saç spreyi sıxaraq uzun müddət istifadə edə bilərsiniz.
  • Geyimlərinizin çiyinlərinin deformasiya olmaması və köhnə görünməməsi üçün daima asılqanda  asın.
  • Asılqanlar geyimin ölçüsünə uyqun olmalıdır. Əks təqdirdə geyimin çiyinində çıxıntılar meydana gələ bilər.
  • İdman ayaqqabılarını istifadə etdikdən sonra daxilinə bir qədər karbonat (soda) qoyun. Bu həm tərləmənin, həm də pis qoxunun qarşısını alır.
  • Ayaqqabıda yaranan cızıqları qulaq çubuğu və vazelin köməyi ilə yox edə bilərsiniz.
  • Geyimlərin rənginin solmaması üçün yuyarkən  tərs çevirin.
  • Zəncirbəndli  geyimləri yumamışdan əvvəl zəncirbəndin bağlı olduğuna əmin olun.
  • Büstqalterinizi yuyarkən,  yuma toplarından istifadə edin.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir