Hazırda trend olan rənglərin hansı məna daşıdığını bilirsinizmi? Ruh halınızı dəyişdirmək və ya geyindiyinizlə qarşınızdakı şəxsə təsir etmək istəyirsinizsə, bu məlumatlar işinizi asanlaşdıracaq.
Özünəinamlı görünmək üçün qırmızı
Parlaq, iddialı, güclü qırmızı sezonun sevimli rəngidir. Güclü, enerjik və tutqulu bir görünüş yaratmaq istədiyinizdə qırmızı paltar mükəmməl seçimdir.
Daha xoşbəxt hiss etmək üçün sarı
Aparılan araşdırmalara görə, bu rəng təzyiqi və nəbzi yüksəldir, xoşbəxtlik verir. Olduqca optimist bir rəng olan sarı həmçinin istilik və ümidin rəngidir. Xoşbəxt olmağa ehtiyacınız varsa, sarı bir paltara güvənə bilərsiniz.
Varlı görünmək üçün zümrüd yaşılı
70-ci illərin rəngləri və naxışları bu payızın favoritləri arasındadır. Zümrüd yaşılı da bu rənglərdən biridir. Zümrüd yaşılı həmçinin rifahın da simvollarındandır. Varlı bir imic yaratmaq istəyirsinizsə, zümrüd yaşılı tam axtardığınız rəng ola bilər.
Daha səmimi görünmək üçün açıq çəhrayı
2000-ci illərin məşhur çəhrayısının dəbi hələ keçməyib. Bir zamanlar çox “qız kimi” təəssürat oyatsa da, bütün rənglər kimi, doğru tonu və kombini tapa bilsəniz, çəhrayı da olduqca qəşəng görünür. Bununla birlikdə çəhrayının çoxluğu səmimiyyət hissi yaradır.
Daha sakit hiss etmək üçün mavi
Mavinin göy üzü və suyu təmsil etdiyini hər kəs bilir. Bu üzdən mavinin sakitlik gətirməsi təəccüblü deyil. Lakin mavinin həmçinin güvən hissi verdiyini də bilirik. İş görüşməsinə gedərkən və ya çətin bir müştərini razı salmaq lazım olduğunda mavi mükəmməl bir seçimdir.