Masonlar – dünya mənəvi hökmranlıq tarixinin ən qüdrətli və mistik təşkilatıdır. Onların yüz illər boyu necə təşkilatlandıqları və böyük sərvətə sahib olduqları çox az adama məlumdur.
Onların zəngin olmalarının sirri pulun energetikası, arzulananın özünə cəlb edilməsi və reallığın öz lehinə dəyişdirilməsi haqqında biliklərinin olmasıdır.
Bu biliklər uzun müddət savadı olmayan insanlar üçün əlçatmaz olaraq qalırdı. Hətta, məlumdur ki, bu biliklər masonlar cəmiyyətinin bütün üzvlərinə də deyilmirdi. Lakin müasir dünyada lazımi informasiyanı keçmişə nəzərən daha tez və asan tapmaq mümkündür. Dünya sərvətinin böyük hissəsinin o qədər də böyük olmayan bir qrupun əlində cəmləşməsi, var-dövlətin xüsusi cəlbedilmə texnikalarının mövcudluğu ilə izah edilir.
İndi bu məlumatlar əlçatandır. Hər bir insan masonların biliyindən yararlanaraq, arzuladığı uğura qısa müddətdə çata bilər.
1. Masonlar pulun energetikası, yəni pulun pulu cəlb etməsi kimi bir xüsusiyyətinin olduğundan xəbərdardır. Bunu bilmək üçün tarixi faktları araşdırmağa ehtiyac yoxdur. Dollar əsginasına baxmaq kifayətdir. Dolların üzərində mason işarələrinin olması çoxlarına məlumdur. Masonların bunu etməsinin səbəbi kainatın düsturunu bilmələridir: hər şey öz bənzərini cəlb edir. Masonlar da bu düsturdan sərvətlərinin artırılması üçün istifadə edirlər. Əsginasların üzərindəki işarələrdən maqnit kimi istifadə edirlər.
2. Bir çox insan işarələrə və əşyalara əhəmiyyət verməsələr də, masonlar onların da xüsusi energetikasının olduğunu bilirlər və bundan mümkün qədər istifadə edirlər. İşarələr və əşyalar sahiblərinə hadisələr üzərində hakimiyyət qurmaqda kömək edir.
3. Masonlar hakimiyyət və pul üçün sirli düsturlardan istifadə edirlər. Ezoterika sahəsində mütəxəssin olan Viktor Nikolayeviçin təsadüfən tapdığı qədim əlyazmalar bunu göstərib. O, həmin kitablardan tapdığı düsturlardan istifadə edərək onların nə qədər yararlı olduğuna əmin oldu. İndi özünü daha uğurlu insan sayır.
4. Masonlar təşkilatın üzvlərinin talelərini dəyişməyə yox, onlara maneələri aşmaqda və öz potensiallarını ortaya çıxarmaqda kömək edirlər. Hər bir üzv üçün fərdi uğur düsturu tərtib edilir. Əgər üzv hələ tam kamilləşməyibsə, onlar üçün bu düstur hazırlanmır. Əks halda bu düstur onlara uğur gətirmək əvəzinə zərər verə bilər.
5. Pul və şöhrət mason düsturunun məqsədi yox, nəticəsidir. Çoxları ancaq hakimiyyətə sahib və varlı insanların mason ola biləcəyini düşünsə də, bu belə deyil. Masonlar cəmiyyətinə daxil olan şəxsin potensialı və energetikası ən birinci amildir. Məsələn, Napoleonun da mason lojasının üzvü olduğu məlumdur. Avropanın yarısını fəth etmiş bu imperatorun çox kasıb ailədən olduğu və fiziki cəhətdən çox zəif olduğunu da bilirik. Onun uğurlarının səbəbi çox vaxt mason lojasına üzv olması ilə izah olunur.
6. Masonlar öz üzvləri üçün talisman hazırlayırlar. Talisman kimi bir dollarlıq əsginas seçilir və bu əsginasın üzərinə sirrli var-dövlət və uğur düsturu yazılır. Məhz bundan sonra həmin düstur sahibi üçün pul, uğur və əlverişli fürsətlər yaranır.