GOBELEKLI PLOV

Göbələkli kinoa pilovu necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 251

Kinoa orqanizm üçün ən faydalı qidalardan biridir. Ölkəmizdə yeni-yeni tanınmağa başlayan bu taxıldan siz də dadlı və faydalı yeməklər bişirə bilərsiniz. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında sizə göbələkli kinoa pilovunu təqdim edirik:

 

Tərkibi:

2 stəkan kinoa

500 qram göbələk

4-5 diş sarımsaq

1 çay qaşığı quru kəklikotu

2-3 xörək qaşığı parmesan pendiri

1-2 xörək qaşığı zeytun yağı

Kərəyağı

Duz

Qara istiot

 

Hazırlanması:

Kinoanı təmiz yuyun. Suda bişirib süzün.

Göbələkləri doğrayıb xırda doğrayın. Sarımsaqları da ya xırda-xırda doğrayın, ya da rəndədən keçirin. Böyük bir tavaya 2-3 qaşıq zeytun yağı əlavə edib qızmasını gözləyin. Tavaya göbələkləri töküb bir az qovurun. Daha sonra sarımsaq, duz, qara istiot və kəklikotunu əlavə edib qarışdırın. Göbələklər yumşalana kimi bişirin. Daha sonra kinoanı üzərinə əlavə edib qarışdırın. Ocağın altını söndürün. Pilovun içərisinə parmesan pendirini və bir az kərə yağı əlavə edib bunlar əriyənə qədər qarışdırın. Pilovu dəmlənməyə qoyun. 15 dəqiqə sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir