Gördüyünü istəyən uşaqlarlarla necə davranmalı?

Baxış sayı: 1. 695

Çox valideynlərin şikayət etdiyi məsələlərdən biri də övladları ilə alış-verişə gedərkən bir sıra çətinliklərlə  qarşılaşmalarıdır.

Uşaqların valideynlərinə yaratdıqları çətinliklər əsasən aşağıdakılardır:

  • Gördüyü oyuncaqları almaları üçün israr etmələri;
  • Zərərli olan lakin uşaqlar tərəfindən çox sevilən qidaları almaları üçün onları səbətə yerləşdirmələri;
  • İstədiklərini almayan valideynlərinə etiraz etmələri;
  • İstədiklərini almadıqları üçün mağazada qışqırmaları, ağlamaları və s.

Övladınızla birgə mağazaya getməyiniz olduqca xoş bir haldır.  Lakin bu xoş halın mağazadan çıxarkən əsəbi vəziyyətdə olmanıza səbəb olmaması üçün nə etməli oduğunuzu bilirsinizmi?

Alacaqlarınızın siyahısını hazırlayarkən övladınızı da bu işə cəlb edin. Qeyd edərkən  ona da bildirin, onun da fikirlərini öyrənin. Övladınız üçün lazım olan və eyni zamanda onun da xoşuna gələn nəyinsə adını bildirməsini istəyin. Siyahıya övladınızın istəyini qeyd edin.

Ailənin digər üzvləri  mağazaya gedərkən övladınızı da  aparırsa bu zaman qaydaları onlara xatırladın ki, onların güzəştlər etməsi növbəti dəfələrdə sizin üçün xoşagəlməz vəziyyətlərə səbəb olmasın.

Aldıqlarınızı səbətə yerləşdirməsində övladınızdan yardım istəyin. Bununla siz ondan kömək almaqla yanaşı bəzi məsluyyətləri də ona vermiş olursunuz.

İstəyini yerinə yetirməsi üçün ağlamasına şərait yaratmayın.  Əgər belə bir halla qarşılaşırsınız ki, ağlayaraq nəyisə almanıza israr edir, bu zaman bir dəfə güzəştə getməniz növbəti dəfələrdə ağlayaraq vəziyyətdən istifadə etməsinə səbəb olacaq.

Mağazaya getməzdən öncə övladınızın ac olmamasına diqqət edin.

Yorğun zamanlarında və ya yuxu saatlarında övladınızı mağazaya gətirməniz məqsədəuyğun deyil.

Alış-veriş zamanının uzun vaxt aparması övladınızın yorulmasına və bir sıra narahatlıqlarına səbəb olar. Bu zaman başqa variant düşünməniz daha uyğundur.

İstədiyi nəyisə almadığınızda övladınızın ağlayacağı halların qarşısını almanız üçün hər zaman əlavə bir planınız olsun. Məsələn, sevdiyi oyuncağı özünüzlə gətirməniz və ya onun üçün önəmli olan bir vasitədən istifadə etməniz.

Evdən çıxarkən övladınıza yazdığınız sıyahını xatırladın. Yalnız onları ala biləcəyinizi bildirin. Siyahıda övladınız üçün birlikdə yazdığınız məhsulu ona xatırladın.

Uşağın diqqətini satılan məhsullara yönələrək onu cəlb etməyinin qarşısını almağınızda  diqqətini ətrafdakı insanlara, orda olan uşaqlara yönəltməniz sizin köməyinizə gələcək.

Əgər belə bir halla qarşılaşarsanız (uşağın mağazada istədiyini aldırmaq üçün qışqırması, ağlaması)  övladınıza qarşı:

  • Təmkinli olun;
  • Aqressiv davranmayın;
  • Təhqir etməyin;
  • Qışqırmayın;
  • Qucaqlayın;
  • Əlini sıxaraq onu sevdiyinizi söyləyin;
  • Mağazada qışğırmağın, ağlamağın xoş bir hal olmadığını xatırladın.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir