Çox vaxt biz yaxşı gördüyümüzü hesab etdiyimiz üçün görmə qabiliyyətini yoxlamağa ehtiyac duymuruq . Lakin, yaxşı görmə hələ görmə sisteminin tam sağlam olmasının göstəricisi deyil. Gözdaxili təzyiq, buynuz qişanın qalınlığı, tor qişanın vəziyyəti.. Bu və digər göstəricilər həkim – oftalmoloq tərəfindən diaqnostika zamanı yığılır və ciddi problemin mövcud olub olmadığını müəyyən etməkdə köməklik edir.
Xəstəlik nə qədər tez aşkar olunsa, sağalma şansları bir o qədər çox olur. Erkən diaqnostika və düzgün müalicə görmə qabiliyyətinizi qorumağa kömək edər. Məhz buna görə həkim – oftalmoloqlar hətta heç bir şikayət olmadıdqa belə ildə bir dəfə görmə qabiliyyətinin yoxlanmasını vacib sayırlar.
Bundan əlavə, aşağıda sadalanan kateqoriyalar üçün profilaktik oftalmoloq baxışı mütləq sayılır:
hamilə və hamiləliyi planlaşdıran qadınlar;
üşaqlar ( mütləq baxışlar: 1,6,12 aylıqda, 3 yaşında, məktəbdən qabaq və hər il məktəbdə);
yaxındangörmə, uzaqdangörmə, astiqmatizmdən əziyyət çəkənlər;
40 -50 yaşdan yuxarı insanlar ( bu yaşda katarakta, qlaukoma, tor qişanın distrofiyası kimi ciddi xəstəliklərin əmələ gəlməsi riski artır);
hipertoniya və şəkərli diabet xəstəliklərindən əziyyət çəkənlər (bu xəstəliklər görmə qabiliyyətinə mənfi təsir göstərə bilir);
Görmə sisteminin kompüter diaqnostikası göz xəstəliklərini ən tez zamanda aşkar edib onların qarşısını almağa kömək edir.
Diqqət!
Bu simptomların mövcudluğu həkim – oftalmoloqa müraciət etməyin vacib olduğunu göstərir:
gözdə qızarma və yaşarma;
göz qapaqlarının şişkinliyi;
quzehli qişanın rənginin dəyişməsi;
ikigörmə;
gözlərdə ağrı;
gözün qarşısında qığılcımların və boz-qara ləkələrin olması;
işıq mənbəyinin ətrafında rəngli halqalarln olması;
dumanlı, qeyri dəqiq görmə;
periferik görmənin itməsi;
göz və göz ətrafı gızarma;
qaranlıqa pis görmə;
işığa həssaslıq;
göz qarşısında “pərdə”.