“Gencaile.az” dünyanın ən qəribə restoranları haqqında maraqlı məlumatı təqdim edir.
Ayaqlarla qəhvə: Çilidə açılan “Cafe con Piernas”da açıq-saçıq geyimli qadın ofisiantlar xidmət edir. Super mini ətək və dik daban ayaqqabılar geyinən qadın ofisantların özəllikə zəngin iş adamlarına “Cat walk” ilə qəhvə servis etdikləri bu kafe Santiyaqoda olduqca məşhurdur.
Başqasının hesabını ödə: Əslində adı “Bir yaxşılıq et”olan kafe Cənubi Karolinadadır. Adından da göründüyü kimi burda başqa birinin hesabını ödəmək kimi bir qayda var. Əlbəttə, əgər pulunuz varsa. Pulunuz yoxdursa, başqa biri sizin üçün bu yaxşılığı edib hesabınızı ödəyir. Açıldıqdan sonra bir anda 12 min adamın ziyarət etdiyi bu kafedə zaman-zaman müştərilərin sayı artıb. Bu cür kafelər digər ölkələrdə də geniş yayılıb.
Qadın xidmətçi kafesi: Xidmətçi geyimindəki qadın ofisiantların çalışdığı bu kafe Yaponiyada olduqca maraq doğurub. Tokioda 2001-ci ildə açılan bu kafenin daha sonra Cənubi Koreya, Tayvan, Avstraliya, Macarıstan, Çexiya, Fransa, Meksika və Kanada da şöbələri açılıb. Bu kafedə qadınlar müştərilərə şirniyyat, qəhvə və dondurma təqdim edərkən diz çökürlər. Hətta bahalı qəhvə sifariş edən bəzi müştərilərə qəhvələrini özləri qaşıqla içirdirlər. Boyun, çiyin və bel masajı üçün əlavə məbləğ ödənilir. Müştərilər ofisiantla kart, yaxud başqa oyun oynadıqda əlavə pul ödəməlidir.
“Twin Peaks”: Bu restoranda qadınlar mini ətək və açıq sinə dekolteli köynəklərdə xidmət edirlər. Restoranın sahibi Rendi Devitt müştərilərə özəl xidmət etdiklərini deyir: “Eqonu qidalandırmaq mədəni qidalandırmaqdan öncə gəlir”. Restoranın veb saytında “Twin Peaks sizin üçün, çünki siz kişisiniz” sözləri yazılıb.. Restoran sahibi ABŞ-ın bir bölgələrində yeni şöbələr açmağı da planlaşdırır.
“18 yaşından kiçiklər girə bilməz. Kamera və toxunmaq qadağandır. Sadəcə nəğd pul qəbul edilir”. Bu sözlər ABŞ-ın Vassalbora prospektində yerləşən “The Grand View Topless Coffee Shop” kafesinin qapısına vurulub. Burda sifariş etdiyiniz qəhvə iki çılpaq qadın ofisantlar tərəfindən sizə təqdim edilir. Kafedə iki çılpaq qadın və bir kişi çalışır. Ancaq kafe açıldığında insanların etirazına səbəb olub, hətta bağlanmaq təhlükəsiylə qarşılaşıb.
Dünyanın ən yüksək restoranı: Dubayda Burc Xəlifə göydələninin 122-ci mərtəbəsində açılan restoran dünyanın ən yüksək restoranı adını alıb. Restoran 210 müştəriyə xidmət etmək iqtiarındadır. Burda dünya mətbəxindən yeməklər təqdim edilir.
“Yataq otağı deyil” restoranı: Nyu Yorkda yerləşən “Duet” restoranında oturacaqlar yerinə pərdələrlə və lampa işıqlarıyla bəzədilmiş yataqlar qoyulub. Axşam yeməyi saatı çatanda yataqların üstünə sarı parlaq yastıqlar qoyulur.
İngilis sənətçisi Toni Horneker Berlində dünyanın ən kasıb restoranını açıb. “Solğun mavi qapı” adlı bu restoranda digər restoranlardakı bər-bəzək yoxdur. Əksinə, hər tərəf darmadağındı. Bu restoranı Toni dostları ilə birlikdə 10 gün ərzində inşa edib. Burda əsas yeməklər 25 avrodur. Sənətçinin sözlərinə görə, restoran ilk baxışdan pis, dağınıq görünə bilər, ancaq gigiyena baxımından təmizdir, yeməklər çox səliqəylə bişirilir: “Bu restoranda hamının özünü rahat hiss etməsini istəyirəm. Süfrəyə nəsə dağılıdığında kefləri pozulmasın”. Restoranın divarlarına isə sənətçi öz fikirlərini yazır.
Almaniyanın Nuremburq şəhərində yerləşən “s-Baggers “ restoranında ofisantlar yoxdur. Orada sadəcə aşbazlar çalışır. Restoranın ən böyük özəlliyi tamamilə avtomatik olmasıdır. Müştərilər yemək sifarişlərini düyməyə toxunmaqla verirlər. Yemək yuxraıdakı mətbəxdən dəmiryolu xəttinə bənzər qurğuyla müştərinin masasının üzərinə gəlir.
Görmə qabiliyyətini itirən adamlarında işləməsi üçün uyğun şərait yaratmaq məqsədilə Almaniyada fəaliyyətə başlayan qaranlıq restoranlardan biri də Çində “Dark restoran” adı ilə fəaliyyət göstərir. Bu restoranda ofisantlar gecə eynəkləriylə xidmət edirlər. Bəzən yeməyin tərkibini və masanın üstündəkiləri deməklə müştəriyə kömək edirlər.
Dubayda yerləşən dünyaca məşhur sualtı restoran “Al Mahara” restoranına insanlar yeməkdən daha çox atmosferi görmək üçün gəlirlər. Adam başına 250 dollar ödəməli olduğunuz restoranda yeməklər dəniz məhsullarından hazırlanır.
Belçikadakı göyüzü restoranı özəl kran vasitəsilə yerdən 55 metr yüksəkliyə qaldırılan masa ətrafında yemək imkanı verir. Göyüzünə qaldırılan masa ətrafında 22 adam əyləşə bilər. Qonaqlar ətrafı seyr edir. Masanın ortasında ofisiant və aşbazlar xidmət edir.
Beyrutda “Silah və Çörək “ restoranında hər şey əsgəri təlimlərə uyğun satılır. Burda hətta “terrorist yeməyi” də var.
Tayvanda yeni açılan “Müasir tualet “adlı restoranda oturacaqların 100-ü də tualet formasındadı. Burda yeməklər unitaz qapaqlarında təqdim edilir.
Ukraynada yerləşən “Eternity “ restoranı dünyanın ilk ölüm məzmunlu restoranıdı. Tabutun içərisində restoran düzəldilib. Restoranın içərisi çələnglərlə bəzədilib. Restoranın axşam menyusunda “9 gün” və “40 gün” adlı salatlar də yer alır. Burda ən məşhur yemək isə “Cənnətdə görüşərik” yeməyidi.
Taylanda “Kondom” restoranı doğuşla bağlı ilk restorandı. İçərisində hamiləliyə nəzarətlə bağlı maarifləndirici əşyalar satılan restoranda “yeməklərimizin hamiləliyə səbəb olmamasına dair təminat verilir” yazılıb.
Yaponiyada bir göydələnin təpəsində yerləşən restoran möhtəşəm mənzərəsi, lüks xidməti və yüksək qiymətlərilə diqqəti cəlb edir.
Yenə də Yaponiyada qeyri-adi bir restoran. Okinava ağac restoranı ölkənin cənubunda Onayama parkında yerləşir. Yuxarıya çıxmaq üçün ağacın içərisində lift var. Restoranın ana yeməyi isə suşidi.