- Göz kölgəsindən istifadə etmədən əvvəl göz qapaqlarınızı mütləq hazırlayın – biraz tonlaşdırıcı krem ya da açıq rəngli qapatıcı və üzərinə yüngülvari pudra ilə.
- Fırçanızı tam olraq doldurmayın, yüngülvari ton verərək başlayın və kölgələri getdikcə istəyə görə tündləşdirin.
- İki, üç və ya dörd tonlu göz kölgələri ağlınızı qarışdırır? Ən açıq rəng başlanğıc üçündür – biraz açığı ilə göz qapağınızı boyayın. Orta tondakı iç yarısına və ən tünd rəngdə olanı çöl yarısı və kontur zolağına çəkilir.
- Rəng kombinasiyaları barədə şübhələriniz varsa, tək və təbii rənglə bütün göz qapağını boyaya bilərsiniz.
- Göz kölgəsinin gözünüzün iç və ya çöl kənarlarından çıxmasına icazə verməyin. Bu hal makiyajınızın tünd görünməsinə səbəb olacaq.
- Uzun müddət qalıcı bir rəng istəyirsinizsə kremin üstünə toz kölgə çəkin.
- Kölgənizi çəkdikdən sonra tünd olduğunu düşünürsünüzsə, pambıqla yüngülvarı silin və ya dərinizə uyğun bir rənglə kölgənin rəngini açın.
- Göz kölgənizdən müxtəlif üsullarda istifadə edə bilərsiniz – nəmli ya da quru – eyeliner əvəzinə. Yalnızca kirpikləriniz boyunca çəkmək üçün uyğun bir fırçadan sitifadə etməlisiniz.
- Gözlərinizin iç künclərini (V hissəsi) açıq rəngli parıltılı bir boya ilə boyasanız, gözləriniz daha parlaq görünəcək.
- Gözlərinizi tünd rəngli qələm və ya kölgə ilə çərçivələmək onları daha balaca göstərəcək. Əgər gözləriniz balacadırsa buna diqqət edin.
- Gözlərin alt iç hissəsini ağ rəngli qələmlə boyayaraq daha böyük gözlər əldə edəcəksiniz.
GeriSakinləri tərəfindən ən çox selfi çəkilən şəhərlər - FOTOLAR
İrəliXalq artisti Həmidə Ömərova: " Çoxları o filmə baxandan sonra deyirdilər ki..."